🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Payız-qış aylarına hamımız qırılacağıq - AZƏRBAYCANLI HƏKİM

01.07.2020 05:24 1,160 baxış sayı 6 dəq. oxuma
Payız-qış aylarına hamımız qırılacağıq -

"Əgər qərar verənlərin beyni, beyin kimi yox, pendir kimi fəaliyyət göstərirsə, onda bizdəki kimi vəziyyət alınır. Ay qardaş, əgər verdiyiniz qərarlar effekt vermirsə, demək ki, düz qərar vermirsiniz də. Bunu başa düşmək bu qədər çətindir? Çəkilin qırağa qoy bacaranlar bu işlə məşğul olsunlar!".

Bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev "Facebook" hesabında qeyd edib.
 
Həkim bildirib ki, ölkədə tətbiq olunan karantinlərin heç bir effekti olmayacaq:
“Niyə eqoistlik edirsiniz? Bu bumeranq effekti verəcək, axırda sizin özünüzü vuracaq. Neçə ki, gec deyil, sağlam düşüncə ilə düzgün qərarlar verilməlidir. Bu COVID-19 problemini həll etmək üçün polad iradə lazımdır. O isə sizdə yoxdur! İmkan verin biz bunu həll edək və milləti bu bəladan qurtaraq! Təklifləri veririk, amma sizdə bu polad iradə, xalqına, millətinə sonsuz sədaqət, sevgi olmadığına görə siz bu problemi həll edə bilməyəcəksiniz! Xalqı, milləti məhv etməyin!

Dövlət başçısı pandemiya ilə mübarizə üçün 5 milyon manata qədər pul ayırıb. Aidiyyatlı qurumlar bu pulu hara və nəyə xərcləyir? Bəlli deyil! Dövlət başçısının ölkəni əhatə edən minlərlə problemi var! O bizim əvəzimizdən bu problemi həll edəsi deyil ki...Sağolsun pulu ayırıb və artıq qalan işlər bizə düşür. COVID-19 xəstəliyinin müalicəsində çox effektiv preparat olan “Favipiravir” dərmanı ölkədə çatışmır. Niyə? Hanı bizim kimyagərlər? Hanı bizim əczaçılar? Nədi bu dərmanı istehsal etmək bu qədərmi çətindir? Dilənçi kimi başqa dövlətlərdən istəyirik bu dərmanı və xəstələrimizi, eləcə də həkimlərimizi buna görə itiririk. Allah şairə rəhmət eləsin! Deyirdi ki, Bizdən qabaqdadır avropalılar. Çünki, işi işbilənə tapşırır onlar”.
Aydın Əliyev eyni zamanda müəyyən qaydalar hazırlayaraq, dəqiq 100% effekt verəcəyini bildirib:
 
1. Bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstıxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddı imkanı çatacaq qədər olması təmin edilməlidir! 100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin? Hə?
 
2. Bütün qapalı yerlərin və ictimai nəqliyyatın girişində imkansız insanlara pulsuz, imkanlı insanlara isə pulla veriləcək maskalar qoyulmalıdır! Bizim xalqımız çox dəyərli xalqdır! Əminəm ki, imkanı olanlar imkanı olmayanlar üçün də maskaların pulun ödəyəcək!
 
3. Bütün qapalı və açıq yerlərdə insanların ailə üzvlərindən başqa və 2-3 nəfərdən artıq olmamaqla fiziki ara məsafəsi saxlamasına ciddi nəzarət edilməlidir! Karantin postlarında şəxsi avtomobilində tək hərəkət edilən insanlar ciddi yoxlanılır, halbuki, tək avtomobildə hərəkət edən insanlar təhlükəsizdir! Avtobuslara isə sən keç deyilir. İctimai nəqliyyatda və bütün qapalı məkanlarda maska geyilməsinə nəzarət çox zəifdir. Əslində əksinə olmalıdır!
 
4. Bütün digər karantin rejimləri ləğv edilməlidir, mütləq şəkildə! İnsanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir! Əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq hamımız qırılacağıq! Çünki immunitetimiz sıfra düşəcək. Broyler toyuqlarına dönürük!
 
5. Yuxarıda göstərilən təminat olandan sonra bütün qapalı məkanlarda maska geyinməyənlər, bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar.

Paylaş: