Son Xeberler
7 abunə
Qarabağda qaz kəmərlərinin istiqamətləri müəyyənləşdi
05.02.2021 16:52
356 baxış sayı
6 dəq. oxuma
Azərbaycanda işğaldan azad olunmuş ərazilərə dair ilkin planlaşdırma işlərinə artıq başlanılıb və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirilib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Böyük Bəhmənli – Füzuli – Hadrut-Şuşa, Azad Qaraqoyunlu - Ağdam, Horadiz - Cəbrayıl - Zəngilan – Qubadlı - Laçın, Goranboy - Kəlbəcər istiqamətində kəmərlərin çəkilməsi planlaşdırılır. Təbii ki, bu qaz kəmərləri bölgədəki yeni sosial-iqtisadi hədəflərə görə nəzərdə tutulur. Həmçinin azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrin inkişaf imkanları araşdırılır.
Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtlərdəndir. Bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsinin müəyyən çətinlik yaradacağı şəksizdir.
Lakin "Azəriqaz” İB son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını təmin edə bilir. Hesablamalara görə azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 milyon kubmetrədək olacağı proqnozlaşdırılır.
Məlum olduğu kimi, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamına əsasən Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyalarının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstəyin göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılıb. 2020-ci il dekabr ayında Energetika Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə İdarələrarası Mərkəzdə "Enerji təminatı məsələləri” işçi qrupunun yaradılması və "Yaşıl enerji zonası” konsepsiyasının yaradılması təklifi irəli sürülüb. Hazırda işçi qrupun və konsepsiyanın yaradılması üzrə müvafiq tədbirlər görülür.
Həmçinin 6 rayonda (Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) Günəş Elektrik Stansiyalarının (GES) tikintisi üçün ümumi sahəsi 14 427 ha və güc qoyuluşu potensialı 7 214 MVt olan 8 perspektiv ərazi müəyyən edilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilib. Bu hesablamalar ərazilərin prioritetləşdirilməsindən və seçilməsindən sonra ilkin TİƏ-lərin hazırlanmasında istifadə ediləcək. Müəyyən edilmiş ərazilərdə torpaqların gələcəkdə kənd təsərrüfatı məqsədləri üçün istifadə perspektivlərini nəzərə alaraq, ilkin qiymətləndirmələr bu ərazilərin günəş enerji potensialının 4 000 MVt-dan artıq olmasını bildirir.
Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. İlkin olaraq Laçın rayonunun ərazisində sahələri 8 048 ha və 4 297 ha olan 2 ərazi, Kəlbəcər rayonu ərazisində sahəsi 5 324 ha olan 1 ərazi seçilib. Bu ərazilərdə külək enerji stansiyalarının tikintisi üçün infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq, ilkin olaraq külək enerji potensialı 500 MVt-dək qiymətləndirilir. İlkin enerji istehsalı proqnozu da tərtib edilib.
Oxşar xəbərlər
Almaniya kubokunda finalçılar müəyyənləşdi
İdman Xəbər
436
11/06 04:48
“Sülhməramlılar Qarabağda həyatlarını riskə atırla...
Son Xeberler
416
21/12 12:10
Nailə Mirməmmədli ölüm səbəbi müəyyənləşdi -
Şou Xəbər
900
04/01 12:12
"Sülhməramlıların Qarabağda mühasirəyə düşməsi yal...
Son Xeberler
373
17/12 07:44
Qarabağda geniş hərbi əməliyyat keçirə bilər - SON...
Son Xeberler
503
28/01 18:46
“Qarabağda doğan günəş soydaşlarımızı isidəcək”
Son Xeberler
356
10/11 09:14