🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Təhsil nazirinin müavini LDU-ya gəldi - FOTOLAR

19.02.2021 13:56 323 baxış sayı 5 dəq. oxuma
Təhsil nazirinin müavini LDU-ya gəldi -

Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov Lənkəran Dövlət Universitetində (LDU)olublar.

Bu barədə Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib.

Universitetdə tədrisin təşkili vəziyyəti ilə əyani tanışlıq məqsədi daşıyan səfər zamanı qonaqlar ilkin olaraq I saylı tədris korpusuna baş çəkiblər. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov hörmətli qonaqları son illərdə universitetdə tədrisin əyani və təcrübi istiqamətdə təşkili sahəsində görülən işlərlə ətraflı tanış edib.

Universitetin Tədris-təcrübə sahəsi və burada yeni yaradılmış şitillik təsərrüfatı qonaqlarda xoş təəssürat yaradıb. Qeyd edək ki, şitillik təsərrüfatında cənub bölgəsinə xas nadir bitki növləri, həmişəyaşıl ağac və kollar, çiçəklər yetişdirilir, eyni zamanda, tərəvəz bitkilərinin əkini üçün istixana qurulub.

Təhsil nazirliyinin təmsilçiləri müasir, xaricdən alınmış modern tipli avadanlıqlarla təmin olunmuş Baytarlıq cərrahiyəsi, Umumi baytarlıq, Qida Təhlukəsizliyi və ekologiyası, Qida məhsullarının texnologiyası laboratoriyalarına baş çəkərək burada işin təşkili proseslərini nəzərdən keçiriblər.

Turizm işinin təşkili və Qida məhsulları mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığını təmin etmək məqsədi ilə yaradılmış Turizm tədris mərkəzi - Seside Otellə tanışlıq qonaqların ürəyincə olub. Xatırladaq ki, Turizm tədris bazası ölkənin ali məktəbləri içərisində ilkin olaraq LDU-da yaradılıb və universitet tələbələrinin təcrübi bazası rolunu oynayır.

Qonaqlara həmçinin universitetin III saylı tədris korpusunda yerləşən biologiya,kimya, fizika tədris laboratoriyaları, “Samsung” şirkətinin və “Nargiz” fondunun birgə təşkil etdikləri virtual və “USAİD” kompüter laboratoriyaları ilə əyani tanışlıq imkanı yaradılıb.Nazirlik rəsmiləri universitetin müasir tipli tələbə yataqxanasına da baş çəkərək burada tələbələrə yaradılan şəraitlə yerində tanış olublar.

LDU ilə əyani tanışlıqdan sonra nazirlik rəsmiləri universitetdə tədrisin təşkili ilə bağlı hazırkı durumdan razılıqlarını ifadə ediblər, həmçinin, bir sıra tövsiyə və tapşırıqlarını universitet rəhbərliyinə çatdırıblar.

Gülbəniz Hüseynli / METBUAT.AZ

 
 
Paylaş: