Füzulidə ağır yol qəzası: 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Füzuli rayonunda baş verən ağır yol qəzası nəticəsində 3 nəfər həyatını itirib, daha 4 nəfər xəsarət alıb. Hadisə ötən gün saat 23 radələrində Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hadisə rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi avtomobillə baş verib.
Bakıda ATU tələbəsi yataqxanada ölü tapılıb
Bakıda Azərbaycan Tibb Universitetinin 17 yaşlı tələbəsi yataqxanada ölü tapılıb. Hadisə universitetin tələbə yataqxanasında qeydə alınıb. İlkin məlumata görə, ATU-nun Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi Elvira Eyyubova yataqxanada ölü vəziyyətdə aşkar edilib.
IDEA ilə ICESCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Müdafiə Nazirliyi hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət qoyub
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq üçün görülən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Müraciət Milli Hidrometeorologiya Xidmətinin hava proqnozu əsasında hazırlanıb. Proqnoza görə, noyabrın 15-i gündüz saatlarından 16-sı axşamadək küləkli hava şəraitinin davam etməsi gözlənilir.