2000 illik ülgüc hərraca çıxarılacaq

24.11.2025 12:25 10 baxış sayı 2 dəq. oxuma Trend
2000 illik ülgüc hərraca çıxarılacaq

Böyük Britaniyada təxminən 2000 illik tarixi olan nadir Roma ülgücü yaxın zamanda hərraca çıxarılacaq. Bu tarixi eksponat Qədim Romada şəxsi qulluq mədəniyyəti haqqında əhəmiyyətli məlumatlar verir.


Eksponat doqquz santimetr uzunluğunda, dəmirdən hazırlanmış bir ülgücdür. Onun üzərində barmaq üçün nəzərdə tutulmuş xüsusi dəlik var. Bu dizayn qədim Romalı bərbərlər arasında geniş yayıldı, çünki dəliyin sayəsində ülgücü kəmərə keçirmək çox rahat idi.


Qədim predmeti satışa çıxaracaq “Hansons” hərrac evinin verdiyi məlumata görə, həmin dövrlərdə tam qırxılmış üz status göstəricisi idi. Zəngin romalılar üçün bu, zərifliyi və şəhər davranış qaydalarına riayət etməyi əks etdirirdi. Bəzi tanınmış romalılar saqqallı təsvir olunsa da, erkən dövrə aid heykəllərin və büstlərin əksəriyyəti onları tam qırxılmış halda göstərir. Bu antik əşya, zəngin varlı romalılar üçün təmizliyin nə qədər dəyərli olduğunu sübut edir.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: