ABŞ iqtisadiyyatı şatdauna görə 7-14 milyard dollar itirə bilər

29.10.2025 20:06 7 baxış sayı 2 dəq. oxuma Report
ABŞ iqtisadiyyatı şatdauna görə 7-14 milyard dollar itirə bilər

ABŞ hökumətinin fəaliyyətini dayandırması (şatdaun) səbəbindən ölkə iqtisadiyyatı böyük zərər görmək riski ilə üz-üzədir. ABŞ Konqresinin Büdcə Bürosunun mütəxəssisləri bu vəziyyətə görə Amerika iqtisadiyyatının 7 milyard dollardan 14 milyard dollara qədər maddi itki ilə qarşılaşa biləcəyini hesablayıblar. ABŞ-ın dövlət qurumları oktyabrın 1-i, Şərq vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə 08:00) etibarən fəaliyyətlərini dayandırıblar.


Analitiklər hökumətin bağlanmasının iqtisadiyyata mənfi təsir edəcəyini düşünürlər. Onlar mövcud vəziyyətin ümumi iqtisadi təsiri üçün üç fərqli ssenari hazırlayıblar. Bu ssenarilər hökumətin ya oktyabrın 29-da, ya noyabrın 12-də, ya da noyabrın 26-da fəaliyyətə bərpa olunacağını nəzərdə tutur. Ekspertlər konkret olaraq, dördüncü rübdə real Ümumi Daxili Məhsul (ÜDM) artımının bir-iki faiz bəndi azalacağını proqnozlaşdırırlar.


Zərərlərin böyük hissəsi gələcəkdə bərpa oluna bilsə də, 7-14 milyard dollar aralığındakı itkiləri geri qaytarmaq mümkün olmayacaq. Qurum hökumətin bağlanmasının konkret iqtisadi təsirinin hələ də tam aydın olmadığını vurğulayır. Təsirin dərəcəsi administrasiyanın bu müddətdə verdiyi qərarlardan çox asılıdır. Bundan əlavə, federal işçilərin və podratçıların kompensasiya ödənişlərinin gecikməsinə necə reaksiya verəcəkləri də hələ məlum deyil.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: