Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb

17.11.2025 06:16 6 baxış sayı 1 dəq. oxuma Report
Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb

Abşeron rayonu ərazisində yerləşən şirniyyat sexlərindən birində ağır bədbəxt hadisə baş verib. Masazır qəsəbəsində qeydə alınan qəza zamanı sexin işçisi ciddi xəsarət alıb. Qəza nəticəsində 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli işlədiyi dəzgahda qalıb.


Ağır xəsarət alan qəsəbə sakini dərhal xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilələr zamanı T.Allahverdiyevin əli amputasiya olunub. Hazırda bu istehsalat qəzası ilə bağlı müvafiq araşdırmalar aparılır.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: