ADY-nin dekarbonizasiyası üzrə hərtərəfli ilkin hesabat hazırlanır

05.12.2025 10:07 10 baxış sayı 3 dəq. oxuma Report
ADY-nin dekarbonizasiyası üzrə hərtərəfli ilkin hesabat hazırlanır

Asiya İnkişaf Bankı (ADB) "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı dekabrın 11-nə qədər təqdim etməyi planlaşdırır. ADB-nin qrup rəhbəri və enerji məsələləri üzrə mütəxəssisi Kanbin Çjen ADY ilə birgə layihəyə həsr olunmuş təqdimat və seminarda bu barədə məlumat verib. Bu layihə "Azərbaycan Dəmir Yolları"nın fəaliyyətini ətraf mühitə daha uyğun etməyi hədəfləyir.


Onun sözlərinə görə, ilkin hesabata mühəndis layihələndirməsi üçün texniki əsaslar, icra parametrləri və enerji şəbəkəsinə inteqrasiya variantları daxil ediləcək. ADB sahə müşahidələri və ətraflı tədqiqatlar aparmağı nəzərdə tutur. Bank bu məqsədlə əməliyyat məlumatları toplamaq üçün depolara, yarımstansiyalara, stansiyalara, yük meydançalarına, logistik hablara və şəbəkə bağlantısı nöqtələrinə baş çəkməyi planlaşdırır.


K. Çjen qeyd edib ki, ADB ADY-nin gələcək xidmət həcmlərini proqnozlaşdırmalıdır. Onlar həmçinin enerji istehlakını, karbon emissiyalarının strukturunu qiymətləndirməli, bundan sonra şirkətin dekarbonizasiya layihəsi üçün praktik strategiyanı müəyyən etməlidirlər. ADB nümayəndəsi əlavə edib ki, onlar sistemli yanaşma tətbiq etmək niyyətindədirlər, çünki dəmir yolu nəqliyyat sektoru mühüm elementdir və milli iqlim öhdəliklərinin yerinə yetirilməsində böyük rol oynayır. Buna görə də, onların işi ADY-nin korporativ səviyyəsindən kənara çıxır.


Bank nümayəndəsi bildirib ki, onlar proqram yanaşmasına uyğun hərəkət etmək istəyirlər. Bu, sınaqdan çıxmış və yetkin texnologiyalar tətbiq etmək, onları Azərbaycanın reallıqlarına uyğunlaşdırmaq deməkdir. K.Çjen vurğulayıb ki, texniki yardım çərçivəsində Asiya İnkişaf Bankı ən azı 17 təhlil istiqamətindən istifadə etmək niyyətindədir. Onlar modelləşdirmə və simulyasiya metodları, həssaslığın təhlili, xərclərin və investisiyaların müqayisəsi kimi alətlərdən istifadə etməyi planlaşdırırlar. Həmçinin beynəlxalq bençmarkların investisiya proqramının və layihənin işlənib hazırlanmasına optimal yanaşmanı müəyyən etməkdə necə kömək edə biləcəyini öyrənmək istəyirlər. Bu təhlillər ADY-nin səyləri ilə həyata keçirilə biləcək proqramlar yaratmağa xidmət edəcək.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: