
Alimlər qan dövranı və immun sisteminin qocalmasının əsas mexanizmini aşkar ediblər

Çikaqodakı İllinoys Universitetinin alimləri qan dövranı və immun sisteminin qocalmasına təsir edən əsas mexanizmi aşkarladılar. Tədqiqatlar göstərdi ki, yaş artdıqca "PF4" (trombosit faktoru 4) adlı zülalın səviyyəsi azalır. Məhz bu azalma qan kök hüceyrələrinin fəaliyyətində ciddi dəyişikliklərə yol açır. Alimlər bu zülalı yaşlı hüceyrələrə yeritdikdə, yaşlanma ilə əlaqəli dəyişikliklərin sürəti qismən yavaşladı. Bu vacib kəşf "Blood" jurnalında dərc olunan araşdırma nəticələrində əksini tapıb.
Tədqiqatçılar sümük iliyində yerləşən hematopoetik kök hüceyrələrə (HKH) diqqət yetirdilər. Bu hüceyrələr müxtəlif növ qan və immun hüceyrələrini yaradır. Ancaq yaşlandıqda onların aktivliyi pozulur, lazımi hüceyrə növlərini balanslı şəkildə istehsal etmək qabiliyyətini itirirlər. Onlar mutasiyaya uğrayaraq iltihab qaynağına çevrilirlər. Tədqiqat müəlliflərindən biri, farmakologiya və regenerativ tibb üzrə dosent Sandra Pinyo vəziyyəti belə izah edir: "PF4 gənc orqanizmlərdə kök hüceyrələrin həddindən artıq çoxalmasının qarşısını alan siqnal zülalı kimi işləyir. Yaşla birlikdə PF4-ün səviyyəsi aşağı düşür və hüceyrələr daha tez bölünməyə başlayır." Bu sürətli bölünmə mutasiyaların, qan xərçənginin və ürək-damar xəstəliklərinin riskini yüksəldir.
Alimlər siçanlar üzərində və laboratoriyada insan hüceyrələri ilə testlər apardılar. Yaşlı siçanlara bir ay ərzində gündəlik PF4 yeridilməsi onların immun və qan yaradan hüceyrələrinin vəziyyətini yaxşılaşdırdı. Bu hüceyrələr gənc heyvanlardakı kimi fəaliyyət göstərməyə başladı. Eyni müsbət təsir yaşlı insan kök hüceyrələrində də göründü. Pinyo bildirib ki, "Bu, qan dövranı sisteminin yaşlanmasını ləngitdi." Alim PF4-ün yaşlanmaya qarşı hər şeyi həll edən universal bir vasitə olmadığını vurğulayıb. Buna baxmayaraq, gələcəkdə bu zülal yaşlı insanların həyat keyfiyyətini qaldırmağa yönəlmiş kompleks müalicənin çox vacib hissəsinə çevrilə bilər.
Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Koronavirusa təkrar yoluxmanın
Son Xeberler

Kosmosdan gələn səslər alimləri təəccübləndirdi
Bugun.az

Alimlər tarixi tapıntıya imza atdı
Bugun.az

Bal arısı zəhəri xərçəng hüceyrələrini məhv edir m...
Tibbi məlumatlar

Antarktida sahillərində onlarla yeni metan qaynağı...
Azəri Xəbər

Yaxın illərdə yeni koronavirus yayılacaq -
Son Xeberler