
Almaniya məhkəməsi parkda insanlara bıçaqla hücum edən əfqanı anlaqsız elan edib
Almaniyanın Bavariya məhkəməsi yanvar ayında şəhər parkında insanlara bıçaqla hücum edən əfqan miqrantı anlaqsız hesab edib. Məhkəmə bu şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi, əvəzində psixiatrik xəstəxanaya yerləşdirilməsi barədə qərar verib.
Bu qərar, Aşeffenburq şəhərində baş verən dəhşətli hadisədən sonra verilib. Məhkəmənin apardığı psixiatrik ekspertizanın rəyi təsdiqləyir ki, həmin şəxs paranoid şizofreniyadan əziyyət çəkir. Beləliklə, o, törətdiyi əməllərə görə məsuliyyət daşıya bilməz.
Hadisə 22 yanvar tarixində, Aşeffenburqda (Bavariya) baş vermişdi. 28 yaşlı əfqanıstanlı şəxs parkda qarşısına çıxanlara bıçaqla hücum etmişdi. Bu şiddətli hücum nəticəsində 41 yaşlı bir kişi və 2 yaşlı uşaq həlak olub. Bundan əlavə, üç nəfər yaralanmışdı.
Hücum edən şəxs 2022-ci ilin noyabrında Almaniyaya gəlib. O, sığınacaq almaq üçün müraciət etsə də, tələbi rədd edilmişdi və hadisə baş verən zaman deportasiya gözləyirdi.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Başakşehir'də 3 Nəfəri Bıçaqlayan Şəxsin Bağlantıl...
Son Xeberler

Almaniyada kişi avtomobili izdihamın üzərinə sürdü
Bugun.az

Qadına hücum etdiyi deyilən sabiq məmur nəvəsi sax...
Bugun.az

Almaniya Ukrayna ordusuna 25 "Leopard" göndərəcək
Ən Son Xəbərlər

İş yoldaşını qətlə yetirən şəxsə hökm oxundu
Bugun.az

Biləsuvar sakini Bakıda parkda bıçaqlanıb
Son Xeberler



