
Almaniyada atışma olub, ölən var

Almaniyanın Hannover şəhərində iki qrup arasında baş verən silahlı qarşıdurma faciə ilə bitib. Bu hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Polisin məlumatına görə, bir neçə şəxs arasında başlayan mübahisə qısa müddətdə silahlı qarşıdurmaya çevrilib və bir neçə dəfə atəş açılıb.
Silahlı insidentin yekununda bir nəfər aldığı güllə yarasından elə **hadisə yerində ölüb**. Hələlik yaralıların dəqiq sayı və onların vəziyyəti barədə heç bir məlumat verilməyib. Polis operativ şəkildə hadisə yerinin yaxınlığında bir nəfəri şübhəli şəxs qismində saxlayıb. Hazırda onun bu cinayətdə iştirak edib-etmədiyi araşdırılır.
Ərazidə əməliyyat-axtarış və istintaq tədbirləri davam edir. Polis və istintaq qrupları hadisənin bütün təfərrüatlarını aydınlaşdırmağa çalışır. Əməliyyatlara kömək üçün hadisə yerinə əlavə qüvvələr, o cümlədən **polis helikopteri cəlb olunub**.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Universitetdə atışma:
Xəbər Anı

İki ölkə arasında gərginlik -Sərhəddə atışma var
Bugun.az

ABŞ-də atışma olub, ölənlər var
Bugun.az

ABŞ-da atışma:
Son Xeberler

ABŞ-da ticarət mərkəzində atışma olub
Son Xeberler

Müdafiə Nazirliyi: Madagizdə erməni əsgərlər arası...
Son Xeberler