
Ankarada Zəfərimizin 5 illiyi qeyd olunub
Noyabrın 8-i – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Ankara şəhərində tədbir keçirildi. Tədbirə Azaflı Sosial Yardım və Kültür Dərnəyi ev sahibliyi edib. Başlanğıcda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, ardından iki qardaş ölkənin Dövlət himnləri səsləndirildi.
Dərnəyin sədri Arzuman Azaflı çıxış edərək bu günün əhəmiyyətini qeyd etdi. O bildirdi ki, Azərbaycan xalqı və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız müstəqil Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər Gününü böyük qürur hissi ilə qeyd edirlər. Bu tarixi yubiley hər yerdə yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıyır. Tədbir çərçivəsində iştirakçılara həmçinin “Qarabağ salnaməsi” filmi nümayiş etdirilib.
Professor Toğrul İsmayıl da tədbirdə çıxış etdi. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlığı və ölkənin ərazi bütövlüyünün bərpasını tarixi faktlarla diqqətə çatdırdı. Professor qeyd etdi ki, bu Zəfər xalq-ordu birliyinin təntənəsidir. O, möhtəşəm Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordunun yüksək peşəkarlığı, xalqın birliyi və dəmir iradəsi sayəsində qazanıldığını vurğuladı.
Mərasimdə eyni zamanda müəllifi Kürşat İsmayıl olan “Azerbaycanın modernleşmesi” (Azərbaycanın müasirləşməsi) kitabının təqdimatı keçirildi. Kürşat İsmayıl Hacettepe Universitetində tarix ixtisası üzrə bakalavr və magistr təhsili almışdı. Sonda tədbirdə iştirak edən tarixçi alimlər mövzu ilə bağlı iştirakçıların çoxsaylı suallarını cavablandırdılar.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiya heyəti müzakirələr üçün Ankarada
Son Xeberler

Qubadlı Şəhərinin Azadlığının 4 illiyi Qeyd Olunur
Bugun.az

Prezident bu tarixdə Rusiyaya gedəcək
Bugun.az

Nazirliyin yubiley medalı təsis ediləcək
Bugun.az

Moldovada Yaşayan Azərbaycanlı Gənclərin II Forumu...
Azəri Xəbər

İğdırda Qarabağ Zəfərinin 5 illiyi qeyd olunub
Azəri Xəbər



