
Aqrar Xidmətlər Agentliyi 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək hüququ əldə edib ( FOTO)

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi mühüm bir nailiyyətə imza atıb. Mərkəz toxum, ting və digər əkin materiallarının sertifikatlaşdırılma xidmətlərini həyata keçirmək üçün AZS ISO/ IEC17065:2021 standartına uyğun akkreditasiya olunub.
Bu akkreditasiya "Uyğunluğun qiymətlədirilməsi - məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşmasını aparan orqanlara dair tələblər" adı altında tətbiq edilir. Yeni statusa görə, mərkəz bütün kənd təsərrüfatı bitkiləri üzrə ümumilikdə 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək hüququ əldə edib.
Bu sertifikatlaşdırma prosesi yerli istehsalçıların məhsul keyfiyyətinə olan etibarını yüksəldir, eyni zamanda onların daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin artmasına şərait yaradır. Sertifikatlaşdırma kənd təsərrüfatı məhsullarının mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təmin edir. Bundan başqa, bu mexanizm aqrar sahədə xidmətlərin etibarlı və şəffaf qiymətləndirilməsinin tətbiqini də mümkün edir.
Bu nailiyyət Azərbaycan üçün vacib bir addım sayılır. O, ölkədə toxumçuluq və bitki istehsalında keyfiyyətə nəzarəti gücləndirir, həmçinin beynəlxalq standartların tətbiqini və aqrar sahədə idarəetmə mexanizmlərinin genişlənməsini dəstəkləyir.
Qeyd edək ki, ISO/IEC 17065 məhsul sertifikatlaşdırması aparan qurumlara tətbiq olunan bazal beynəlxalq standartdır. Bu standart uyğunluğun qiymətləndirilməsində yüksək etimad səviyyəsi təmin edir. Standartın tətbiqi ilə toxumların keyfiyyət göstəriciləri, sort təmizliyi, cücərmə qabiliyyəti, nəmliyi, xəstəliklərə davamlılıq və fitosanitar təhlükəsizlik tələblərinə uyğunluğu elmi əsaslarla təsdiq etmək imkanı yaranır.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Baş nazir qərar imzaladı
Bugun.az

Bu şəxslərə verilən güzəştli kreditlərin məbləği a...
Bugun.az

Bu imtahana qeydiyyat başladı
Bugun.az

Pulsuz Çek-ap Müayinələri: Nə vaxt, necə?
Bugun.az

Agentlik qazimizin problemlərini öhdəsinə götürdü...
Son Xeberler

Nazirlər Kabineti aqrar sığorta qaydalarını
Son Xeberler