
“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər" adlı sərgi açılıb (FOTO)

Noyabrın 2-dək paytaxtda davam edəcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində maraqlı bir fərdi sərgi açılıb. “Nine Senses” Art Center”də azərbaycanlı rəssam Ramina Səadətxanın “Od, Su və Öpüşlər” adlı yeni sərgisi tamaşaçılara təqdim edilir. Sərginin əsas mövzusu əvvəlcə “Art Weekend” festivalının simvolik elementi olan su idi. Bu seçim beynəlxalq incəsənət ictimaiyyəti ilə səmərəli dialoq qurmağı hədəfləyirdi. Lakin rəssam bu ideyanı daha da genişləndirərək, su ilə yanaşı digər əsas ünsürləri də cəlb etməyi qərara aldı.
Ramina Səadətxanın yeni “Od, Su və Öpüşlər” silsiləsi ruhu təmizləyən və insanı bədənin dilini anlamağa yaxınlaşdıran əsas ünsürlərə toxunmaq üçün poetik bir cəhddir. Rəssam sərginin ideyasını festival təşkilatçılarının təklif etdiyi su mövzusundan götürdüyünü bildirsə də, fikrini inkişaf etdirdi. O, suyu odla qarşı-qarşıya qoydu və bu ziddiyyətlərin birləşməsi metaforası kimi konsepsiyaya üçüncü simvolu - öpüşü əlavə etdi. Müəllif bu ünsürlər vasitəsilə bədən və ruh, habelə duyğular arasındakı dialoqu göstərir. O, tamaşaçıları daimi hərəkətdən harmoniyanın yarandığı ziddiyyətlər dünyasına dəvət edir.
Rəssam sərginin onun yaradıcı təcrübələrində və daxili özünüdərketmədə növbəti mərhələ olduğunu deyir. O, daxili mənliyini dərindən öyrənməyə çalışır və rəsm çəkməyi bir növ **meditasiya** kimi görür. Bu proses ona niyə yaşadığını və hansı istiqamətdə irəliləməli olduğunu daha yaxşı başa düşməyə kömək edir. Ramina Səadətxan rəsmsiz keçən bir günü sanki heç yaşanmamış bir günə bənzədir. O, tamaşaçıların reaksiyasından danışarkən, hər bir rəsm əsərinin şəxsi duyğular və fərqli interpretasiyalar üçün yer buraxdığını vurğulayıb. Rəssam istəyir ki, tamaşaçı onun daxili dünyasını hiss etsin; bəzən insanlar onun özünün dərk etmədiyi gizli mənaları tapırlar və bu, rəssamın daha çox açılmasına yardım edir.
Ramina Səadətxan A.Əzimov adına Rəssamlıq Kollecinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onun yaradıcılığında rəsm, kollaj və pop-art abstrakt ekspressionizm elementləri birləşir. Onun beynəlxalq səviyyədə tanınmasında mühüm bir mərhələ 2022-ci ildə “Xaosun enerjisi” əsərinin 59-cu **Venesiya Biennalesi**ndə Azərbaycan Pavilyonunda nümayiş etdirilməsi olub. Qeyd edək ki, “Od, Su və Öpüşlər” sərgisi Art Weekend proqramının bir hissəsidir. Müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr edilmiş bu layihə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin müəllifi və təşəbbüskarı Leyla Əliyevadır.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Nine Senses" qalereyasında "Od, Su və Öpüşlər" sə...
Azəri Xəbər

"Art Weekend" zamanı “Dəniz, çox sağ ol! təqdim ed...
Azəri Xəbər

Milli Kitabxanada Dövlət Müstəqilliyinin Bərpası G...
Azəri Xəbər

Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII...
Azəri Xəbər

Art Weekend çərçivəsində Şirvanşahlar sarayında "Ş...
Azəri Xəbər

Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yol...
Azəri Xəbər



