
ATU-da Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) görkəmli alim, tanınmış cərrah və böyük ictimai xadim, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyinə həsr edilmiş “Mustafa Topçubaşov: Akademik irs – 130” adlı elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ATU-nun birgə təşkilatçılığı ilə baş tutub. Konfransın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması ilə başladı.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli konfrans iştirakçılarını salamlayıb. O qeyd etdi ki, bu tədbir təkcə alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan tibb elminin və təhsilinin inkişafına sadiqliyin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mustafa Topçubaşovun yubileyinin qeyd edilməsi barədə imzaladığı sərəncam, tədbirə xüsusi simvolik məna verir. Rektorun sözlərinə görə, bu sərəncam ölkəmizdə elmə və alimə verilən dəyərin, milli yaddaşın və elmi irsin qorunmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Rektor Gəraybəyli böyük alimin təşəbbüsü ilə tibb təhsilində aparılan islahatların əhəmiyyətini vurğuladı. Onun praktik biliklərin önə çəkilməsi və yeni tədris metodlarının tətbiqi istiqamətində gördüyü işlər bu gün də Azərbaycan Tibb Universitetinin tədris sistemində mühüm yer tutur.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov M. Topçubaşovun əməliyyatları, mühazirələri və cərrahiyyə elminə gətirdiyi yeniliklər barədə müəllimlərindən çox eşitdiyini bildirdi. O, Topçubaşovun öz həyatı, elmi yaradıcılığı və yorulmaz fəaliyyəti ilə Azərbaycanda böyük bir məktəb yaratdığını qeyd etdi. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova da bu elmi məktəbin digərlərindən fərqləndiyini açıqladı. O bildirdi ki, Topçubaşovun yetirmələri cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları və təbabət elmində əhəmiyyətli yeniliklərə imza atmaları ilə seçilirdilər. İ. Hüseynova qeyd etdi ki, alim 1926-cı ildə Almaniyada təcrübə keçdikdən sonra Bakı xəstəxanalarından birində cərrahi yardım göstərən ilk elmi-metodik mərkəzi qurub. Görkəmli alim, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında da böyük rol oynayıb və uzun illər bu elm ocağının vitse-prezidenti olub.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan görkəmli alimin çoxşaxəli həyat və fəaliyyətindən söz açdı. O vurğuladı ki, 86 ildən çox mənalı bir ömür sürən akademik M. Topçubaşov elmin onun qanında, ruhunda olduğunu göstərdi. Topçubaşovlar nəsli Azərbaycanın tarixində, dövlətçiliyində və taleyüklü məsələlərdə əhəmiyyətli yer tutur. Bu şərəfli nəslin kökü XV-XVI əsrlərdə qədim türk torpağı olan İrəvanda təşəkkül tapıb; ADR Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov da həmin kökə mənsubdur. Çıxışlarda alimin rəhbərliyi ilə aparılan tədqiqatların aktuallığını qoruduğu və onun ideyalarının gənc tibb mütəxəssisləri üçün mənəvi örnək olduğu qeyd edildi. Tədbirin davamında M. Topçubaşovun oğlu, professor İbrahim Topçubaşovun bəstələri Xalq artisti Samir Cəfərov tərəfindən səsləndirildi. Topçubaşovlar ailəsi adından Əməkdar həkim Ceyhun Topçubaşov bu ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. ATU-nun rektoru Ceyhun Topçubaşova xatirə hədiyyəsi təqdim etdi və bununla ikigünlük elmi-praktik konfransın açılış mərasimi başa çatdı. Konfrans daha sonra sessiyalarla işini davam etdirdi.
Rəqəmsal təhsil və onlayn öyrənmə platformaları haqqında yazıram. Pandemiyadan sonra bu sahə daha da inkişaf edib.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İlham Əliyev mühüm sərəncam
Son Xeberler

10-cu İldönümündən Seçilmiş Xüsusi Kadrlar: Yubile...
Son Xeberler
Nazir: Vaşinqton Bəyannaməsi regionda sülh prosesi...
Azəri Xəbər

Zəfər Gününə Həsr Olunan Ağacəkmə Aksiyası: Polis...
Bugun.az

Milli Məclisdə konfrans keçiriləcək
Bugun.az

Milli mətbuatın 150 illiyinə həsr olunmuş poçt mar...
Bugun.az



