AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar

26.11.2025 08:17 9 baxış sayı 2 dəq. oxuma Report
AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar

Avropa Voleybol Konfederasiyasının (CEV) 2026-cı il Avropa Çempionatı üzrə Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar. Turnirin yayım tərəfdaşı olan "İnfort" şirkətinin əməkdaşları da heyətdə iştirak edirdilər. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, bu ziyarətin məqsədi ölkəmizin ev sahibliyi edəcəyi C qrupu oyunları üçün arena infrastrukturunu yerində yoxlamaq idi. Görüşdə nümayəndələrə arenanın texniki imkanları və infrastruktur vəziyyəti təqdim olundu.


Qonaqlar arenadakı komanda və media zonaları ilə, eləcə də televiziya yayımı üçün nəzərdə tutulan xüsusi məkanlarla yaxından tanış oldular. Həmçinin azarkeşlər üçün yaradılan xidmət sahələri haqqında geniş məlumat verildi. Təşkilat Komitəsinin üzvlərinə görülən işlər, eləcə də qarşıdakı aylarda planlaşdırılan hazırlıq mərhələləri barədə məlumat verildi. Bu görüşdə bütün tərəflər arasında geniş fikir mübadiləsi aparıldı.


AVRO-2026 çempionatında Bakı C qrupu matçlarına ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan millisi ilə yanaşı, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar. Çempionatın digər qruplarının oyunları fərqli ölkələrdə təşkil olunacaq. A qrupu Türkiyədə, B qrupu Çexiyada və D qrupu isə İsveçdə keçiriləcək.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: