Avropa Parlamenti “COP29 Bakı Çağırışını” qlobal iqlim gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib

27.10.2025 12:57 4 baxış sayı 4 dəq. oxuma Trend
Avropa Parlamenti “COP29 Bakı Çağırışını” qlobal iqlim gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib

Avropa Parlamenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul edilmiş "Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı"nı yüksək dəyərləndirir. Bu sənəd Azərbaycanın uğurlu ev sahibliyi etdiyi COP29-un əsas nəticələrindən biridir. Parlament Çağırışı iqlim fəaliyyəti, sülh və təhlükəsizlik sahəsində qlobal gündəliyin irəliləməsində mühüm mərhələ hesab edir. Parlament Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransı ilə bağlı xüsusi qətnamə qəbul etdi. Həmin qətnamədə iqlim, sülh və təhlükəsizlik gündəliyinə artan diqqətin məhz Bakı Çağırışının qəbulu ilə aydın şəkildə nümayiş olunduğu qeyd edilir.


Avropa Parlamentinin bu dəyərləndirməsi Bakı Çağırışının beynəlxalq səviyyədə əhəmiyyətinin artdığını bir daha təsdiq edir. Bu təşəbbüs qlobal səyləri birləşdirir, iqlim dəyişikliyi, münaqişələrin qarşısının alınması, humanitar yardım, sülh və münaqişədən sonrakı bərpa prosesləri arasındakı qarşılıqlı əlaqələri həll etməyə yönəlib. Həmçinin, bu qiymətləndirmə Azərbaycanın qlobal iqlim diplomatiyasında lider mövqeyinin və beynəlxalq iqlim fəaliyyətində dayanıqlı inkişafa verdiyi mühüm töhfənin bariz göstəricisidir. Çağırış qlobal gündəmdə sülhün və ekoloji ədalətin təşviqinə xidmət edən geniş əhatəli sənəddir.


Bakı Çağırışı Azərbaycanın təşəbbüsü ilə təqdim edilib və qısa müddət ərzində böyük beynəlxalq dəstək topladı. O, dünyanın 50-dən artıq dövlətini, beynəlxalq təşkilatları, iqlim və inkişaf maliyyəsi üzrə qurumları, eləcə də 300-dən çox vətəndaş cəmiyyəti institutlarını və elmi qurumları bir araya gətirdi. Razılaşma xüsusilə ən az inkişaf etmiş və kiçik ada dövlətlərində dayanıqlılığın, sülhün və iqlim ədalətinin təşviqi məqsədilə birgə öhdəlikləri ehtiva edir. Azərbaycan COP29 Sədrliyi dövründə BMT-nin Baş Assambleyası kimi mötəbər platformalarda yüksək səviyyəli tədbirlər keçirtdi. Bu fəaliyyətlər Azərbaycanın sülhün və iqlimin kəsişməsində necə fəal iş apardığını göstərir.


Bakı Çağırışına əsasən, Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi təsis edilib. Bu mərkəz iqlim fəaliyyəti və sülh sahəsində çoxtərəfli əməkdaşlığı gücləndirmək, eləcə də iqlim dəyişikliyi və münaqişələrin təsirinə məruz qalan ölkələri dəstəkləmək üçün istiqamətverici çərçivə mexanizmidir. Azərbaycanın bu ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iştirakı çərçivəsində, Bakı Mərkəzi tərəfindən İllik Yüksəksəviyyəli Dialoq təşkil ediləcək. Bu tədbir iqlim diplomatiyasının rəsmilərini, beynəlxalq təşkilatların və ekspert mərkəzlərinin nümayəndələrini bir araya gətirərək Bakı Çağırışının qoyduğu hədəflərdən irəli gələn konkret fəaliyyətlərə başlamaq üçün bir zəmin yaradacaqdır.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: