
Avropanın nüfuzlu innovasiya platforması “Tenity” Azərbaycana gəlir

Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Avropanın tanınmış akselerasiya və inkubasiya mərkəzi olan “Tenity” ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın fintex yönümlü startapları üçün nəzərdə tutulmuş iki hakaton və bir inkubasiya proqramı həyata keçiriləcək. Bu proqramlarda həm Azərbaycan, həm də digər ölkələrin startapları iştirak edə biləcək.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov proqramların yerli ekosistem üçün vacibliyini vurğulayıb. O deyib: “Biz İRİA olaraq yerli startaplarımızın maliyyələşmə və bazar əlçatanlığını artıran proqramları dəstəkləməyə davam edirik. Hesab edirəm ki, bu proqramlar ölkəmizdə fəaliyyət göstərən bir çox fintex yönümlü startaplar üçün inkişaf baxımından güclü dönüş nöqtəsi ola bilər”.
Hazırda ilk reallaşdırılan hakaton proqramına müraciət qəbulu aktivdir. Noyabrın 14-16-sı tarixlərində baş tutacaq hakatonda yerli startaplar beynəlxalq ekspertlərin təlimlərində iştirak edəcək. Onlar, həmçinin, mentorluq dəstəyindən faydalana biləcəklər. Bundan başqa, “Tenity”nin əlaqəli olduğu investorlarla görüşlər də təşkil ediləcək.
Bu hakaton proqramına fintex sahəsində fəaliyyət göstərən və ya bu sahəyə maraq göstərən 18 yaşdan yuxarı şəxslər tərəfindən təsis edilmiş startaplar qoşula bilər, hətta ideya mərhələsində olanlar da. Proqramın sonunda ən yüksək nəticə göstərən üç komanda pul mükafatına layiq görüləcək. Hakaton üçün son müraciət tarixi 7 noyabr, 2025-ci ildir.
Hakatonla yanaşı, fintex startapları üçün inkubasiya proqramına müraciət qəbulu da başlayıb. Dörd ay davam edəcək bu inkubasiya proqramı ideyaları və prototipləri miqyaslana bilən biznesə çevirməyi həfədləyən startaplar üçün gərəkli olan mentorluq, ekspert dəstəyi və investor şəbəkəsinə çıxış imkanları ilə təmin edəcək. Proqramın yekununda startaplar öz layihələrini “Demo Day” tədbirində təqdim edəcək.
İnkubasiya proqramına erkən mərhələdə olan fintex startapları müraciət edə bilər. Bu proqram üçün son müraciət tarixi 12 dekabr, 2025-ci ildir.
“Tenity” 2015-ci ildə İsveçrədə təsis edilib. Hazırda bu mərkəz Zürix, Madrid, London, İstanbul, Sinqapur və Tallin olmaqla 6 şəhərdə fəaliyyət göstərir. Mərkəz əsasən “fintech”, “insurtech”, “regtech”, “Web3”, blockçeyn, tokenləşdirmə və süni intellekt kimi sahələrdə erkən mərhələ startaplara dəstək verir. Akselerasiya və inkubasiya proqramları vasitəsilə startaplar üçün mentorluq, korporativ əlaqələr, investorlara çıxış və bazar imkanları yaradılır. İndiyədək “Tenity” startaplara 300 min avroya qədər investisiya yatırımına nail olub. Ümumilikdə 1600-dən çox startap “Tenity” ekosistemindən faydalanıb.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, T...
Azəri Xəbər

Çelsi 21 Yaşlı Ulduzu "Xetafe"dən Almaq İstəyir
Bugun.az

Əliyar Ağayev Çempionlar Liqasında Hakimlik Edəcək
Bugun.az

Daha 8 “Startap” şəhadətnaməsi verildi
Bugun.az

Çin Avtomobil Nəhəngləri Azərbaycana Gəlir!
Son Xeberler

Messi Azərbaycana gəlir
Xəbər Anı