Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

11.11.2025 08:17 4 baxış sayı 2 dəq. oxuma Report
Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Türkiyədən xalça idxalına xərclədiyi məbləği əhəmiyyətli dərəcədə azaldıb. Türkiyə İxracatçılar Məclisinin məlumatlarına görə, 10 ay ərzində Azərbaycan 7,333 milyon ABŞ dolları dəyərində xalça idxal edib.


Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 % azalma deməkdir. Təkcə oktyabr ayında Türkiyə Azərbaycana 1,383 milyon ABŞ dolları dəyərində xalça ixrac edib. Bu aylıq göstərici də bir il əvvələ nisbətən 5,8 % aşağı düşüb.


Türkiyənin ümumi xalça ixracatına baxdıqda, 10 ayda bu sahədə ümumi dəyər illik müqayisədə 2,4 % azalaraq 2,302 milyard ABŞ dolları təşkil edib. Lakin oktyabr ayında ümumi ixracat 4,5 % artaraq 287 milyon ABŞ dolları olub.


Türkiyə xalça ticarətində əsas alıcılar sırasında ABŞ, İraq və Səudiyyə Ərəbistanı yer alır. 10 ayda ABŞ 594,549 milyon ABŞ dolları dəyərində idxal həyata keçirib, bu da illik 8,9 % azalmadır. İraq isə idxalı 17,2 % artıraraq 243,889 milyon ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü böyük alıcı Səudiyyə Ərəbistanı isə 241,106 milyon ABŞ dolları dəyərində xalça alıb, bu da 0,9 % artım deməkdir.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: