
Azərbaycan və Özbəkistanı ortaq köklər, mənəvi dəyərlər, zəngin tarixi və mədəni irs birləşdirir - Vüqar Rəhimzadə

Milli Məclisin deputatı Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəni şərh edib. Prezidentin bu açıqlamaları Azərbaycan-Özbəkistan əlaqələrinə və ümumilikdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərə aydınlıq gətirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəmiyyəti artan vahid tarixi, mədəni və coğrafi məkanı yaradır. Xəzər dənizi coğrafi ayrılıq kimi görünsə də, əslində mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının simvoludur. Ölkələrimizi coğrafiya ilə yanaşı, tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər bağlayır. Azərbaycan regiondakı bütün ölkələrlə yüksək səviyyəli əməkdaşlığın inkişafına xüsusi önəm verir. İkitərəfli əsasda qurulan strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri və aktiv siyasi dialoq bu əməkdaşlığın uğur qazanmasında vacib rol oynayır. Son üç ildə dövlət başçıları arasında baş tutan qarşılıqlı səfərlərin sürəti münasibətlərin yüksək səviyyəsini göstərir: Mərkəzi Asiya liderləri Azərbaycana təxminən 30 dəfə, Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrə 13 dəfə səfər edib.
Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri Türk dünyası ilə birliyin gücləndirilməsidir. Türk dünyası deyəndə, ilk növbədə Türkiyə ilə yanaşı Mərkəzi Asiya ölkələri yada düşür. Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Azərbaycanın bu regionla əlaqələrinin inkişafı təsadüfi deyil, xüsusən də nəqliyyat dəhlizləri əlaqələrin genişlənməsində böyük önəm daşıyır. Deputat Vüqar Rəhimzadə qeyd etdi ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə sayca üçüncü iştirakı olacağını bildirərək əminliyini ifadə edib. Prezident hesab edir ki, bu görüş əsrlər boyu davam edən dostluğun möhkəmlənməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal sahələrdə çoxtərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
Tarixi Zəfərdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Mərkəzi Asiya dövlətləri yaxın dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük dəyər verirlər. Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqlı mövqeyinə dəstək göstəriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə töhfə verməyə davam edirlər. Bu baxımdan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin özbək xalqı adından Füzulidə tikdirdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi qeyd edilməlidir. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqama diqqət çəkərək, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəklədiyini vurğuladı. Prezident qeyd etdi ki, Özbəkistan Qarabağın bərpasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.
Millət vəkili, Özbəkistanın Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq olduğunu bildirdi. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin hörmət bəsləyiblər. Dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir və bu gün münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Münasibətlərin inkişafına təsir edən digər vacib amil iki ölkənin dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluq münasibətləridir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan ilə əlaqələrə yüksək diqqət göstərdiyini daim vurğulayır. Keçən ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, bu ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri oldu. Bu səfərlər zamanı Müttəfiqlik münasibətləri haqqında Müqavilə və "Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" də daxil olmaqla, onlarla mühüm sənəd imzalanmışdı. Qarşılıqlı səfərlər əlaqələrin bütün sahələrdə möhkəmlənməsinə əhəmiyyətli təkan verdi.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin "Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm" fikirləri iki dost ölkə arasında əlaqələrin yüksək inkişafının, eləcə də Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin dostluq münasibətlərinin göstəricisidir. Prezident Əliyev hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının nailiyyətlərini böyük məmnuniyyətlə müşahidə etdiyini deyir. Həyata keçirilən genişmiqyaslı islahatlar ölkənin nüfuzunun artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının aktiv üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə böyük töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam edir. Prezidentin müsahibəsi iqtisadi-ticari, logistika, nəqliyyat, mədəni və humnitar sahədə əlaqələrin dünənini, bugününü və gələcəyini aydın şəkildə təqdim etdi. Hal-hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Ölkə Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün vacib tranzit ölkə və etibarlı tərəfdaşdır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi...
Azəri Xəbər
Azərbaycan UNESCO-nun dekabrın 15-ni Dünya Türk Di...
Azəri Xəbər
Azərbaycan Dünya Türk Dilləri Ailəsi Gününün təsis...
Azəri Xəbər

Prezident Arif Rəhimzadə ilə bağlı sərəncam verdi
Son Xeberler

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik...
Bugun.az

Qarabağ Universitetində “Mənəvi Dəyərlər” Günü Tən...
Azəri Xəbər



