🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Azərbaycanda 2152 əkiz və 78 üçəm uşaq dünyaya gəlib

14.10.2025 11:37 6 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda 2152 əkiz və 78 üçəm uşaq dünyaya gəlib

Cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin yerli (rayon və şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 63698 doğuş faktı rəsmiləşdirilib.


Bu məlumat Dövlət Statistika Komitəsinin (DSK) hazırladığı aylıq hesabatda öz əksini tapıb.


Hesabat dövründə doğuş göstəricisi əhalinin hər 1000 nəfərinə nisbətdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,0-dan 9,3-ə düşməklə azalma müşahidə edilib.


Ümumi doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Qeydə alınan doğuşlar arasında 2152-si əkiz (cüt), 78-i isə üçəm olaraq dünyaya gələn uşaqlardır.


Paylaş: