
Azərbaycanda gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda minimum əməkhaqqının gələn il üçün də builki səviyyədə – 400 manat həddində saxlanılması nəzərdə tutulur. Bu plan 2026-cı ilin büdcə zərfinin layihəsində əksini tapıb. Bu sənəddə minimum maaşın növbəti dövr üçün artırılmaması faktı təsdiq edilir.
Büdcə layihəsi eyni zamanda, minimum əməkhaqqı həddinə əsaslanan maliyyə proqnozlarını da göstərir. Sənəddə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarla bağlı hesablamalar yer alır.
Qeyd olunur ki, 2026-cı ildə fərdi sahibkarların özləri üçün ödənilən (işçilərlə bağlı ödənişlər nəzərə alınmadan) sosial sığorta haqları üzrə daxilolmaların həcmi 103,5 milyon manat proqnozlaşdırılır. Bu maliyyə gözləntiləri minimum əməkhaqqının 400 manatda qalması şərti ilə hesablanıb. Beləliklə, büdcə sənədləri göstərir ki, hökumət gələn il də bu əməkhaqqı səviyyəsini dəyişməyi planlaşdırmır.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Minimum maaş vergidən azad oluna bilər
Bugun.az

Azərbaycanda minimum əməkhaqqı artdı
Bugun.az

Pensiyalarla bağlı ŞAD XƏBƏR
Son Xeberler

Azərbaycanda alimentin məbləği artırılır
Bugun.az

Azərbaycanda minimum əməkhaqqı artırılacaq?
Bugun.az

Pensiyalarda bu qədər artım olacaq - Dəqiq rəqəm
Bugun.az