
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Bu gün, noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə sıx bağlıdır. Həmin dövrdə SSRİ rəhbərliyi Qarabağ məsələsi ətrafında anti-Azərbaycan siyasəti yürüdürdü. Bu siyasətin nəticəsində ölkədə antisovet xalq hərəkatı təşəkkül tapdı. Azərbaycan xalqı Moskvaya qarşı öz etirazını bu hərəkatla bildirməyə başladı.
1988-ci il noyabrın 17-də Bakının mərkəzi hesab olunan Azadlıq Meydanında (keçmiş Lenin meydanı) uzunmüddətli mitinqlər başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxırdı. Bu hərəkat Azərbaycan xalqının müstəqillik arzularını əks etdirirdi. Dekabrın əvvəllərində SSRİ-nin daxili qoşunları mitinqləri dağıtsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını tam ala bilmədi. Bu hərəkat müstəqil dövlətçiliyə doğru gedən yolun ilk ciddi addımı oldu.
Müstəqillik yolunda başqa mühüm bir addım 1990-cı il noyabrın 17-də atıldı. Həmin tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən bu tarixi sessiyada Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiya hələ mövcud olduğu bir dövrdə bu addımın atılması müstəqilliyin qazanılması yolunda böyük tarixi hadisə idi. Heydər Əliyev bununla milli dövlətçiliyin dirçəlişi istiqamətində ilk böyük addımı atmış oldu. Sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında da məsələ müzakirə edildi. Deputatların müzakirəsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının dövlət rəmzi kimi bərpa olunması barədə qərar çıxarıldı.
Naxçıvan Ali Soveti bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı beləcə qoyuldu. Milli Dirçəliş Günü rəsmi olaraq 1992-ci il noyabrın 17-də elan edildi və bu, xalqın azadlıq iradəsini təsdiqlədi.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
Bugun.az

Noyabrda 12 gün iş olmayacaq - Tarixlər
Bugun.az

12 noyabr qeyri-iş günüdür?
Bugun.az

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik et...
Bugun.az

Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq
Xəbər Anı

Tətildən sonra ilk dərs günü nə vaxtdır?
Bugun.az



