
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Zəfər Günümüz növbəti zəfərlərin başlanğıcı oldu - Vüqar Rəhimzadə

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan qürur günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində 30 illik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ölkəmiz qalib, xalqımız isə qalib xalqa çevrildi.
Bu tarixi Zəfər, əslində, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlayan uğurlu yolun məntiqi nəticəsidir. Qarabağ Qələbəsinə aparan yolun başlanğıcı məhz Ulu Öndər tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən geniş və davamlı fəaliyyətlər bizi bu böyük hədəfə addım-addım yaxınlaşdırdı. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və bütün sərhədlər boyunca Bayrağımızın dalğalanması keçmiş işğal dövrü ərzində dövlət siyasətinin əsas strateji hədəfi idi. Azərbaycanın iqtisadi inkişafı, müstəqilliimizin və suverenliyimizin qarantı olan ordumuzun daha da gücləndirilməsi istiqamətində atılan addımları şərtləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir icra edilməyən dörd qətnaməsini Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində özü icra etdi. (198 words)
Deputat qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində Azərbaycan Ordusu irəliləyirdi; hər gün yeni kəndlər, qəsəbələr və yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Silahlı Qüvvələrimiz düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. Həmin əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Zəngilanın, Füzulinin, Cəbrayılın şəhər və kəndləri geri alındı. Qarabağ Zəfərinin zirvəsində isə Şuşa əməliyyatı dayanır. Prezident İlham Əliyev 2020-ci il 8 Noyabr tarixində Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirmişdi. O, müharibə dövründə xarici mətbuata verdiyi müsahibələrdə Şuşasız işimizin yarımçıq qalacağını xüsusi qeyd edirdi. (201 words)
Millət vəkili, həmçinin, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsinin və taktikasının bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənildiyini bildirdi. Hətta ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsinin zəruriliyini qeyd edirlər. Azərbaycan 44 günlük müharibədə yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Dövlət başçısının 30-dan artıq xarici mətbuata verdiyi müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur və dünyanın keçmiş münaqişə ilə bağlı fikrini dəyişdirməyə müvəffəq oldu. Müharibənin ilk günündən Azərbaycanın yanında olan Türkiyə və Pakistanın mənəvi, siyasi dəstəyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 2021-ci il 15 İyun tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü siyasətdə, iqtisadi əlaqələrdə və ordu quruculuğu istiqamətində göstərir. (187 words)
Vüqar Rəhimzadə tarixi Zəfərimizin reallıqları əsasında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən də geniş bəhs etdi. Prezident İlham Əliyev həmin əraziləri tez bir zamanda dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. İnfrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir. Yeni avtomobil və dəmir yolları tikilir, Beynəlxalq Hava limanları inşa edilərək artıq istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzur Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları vasitəsilə hava qapılarını dünyaya açdı. İnsanların bu torpaqlarda rahat yaşayışını təmin etmək üşün zəruri addımlar reallığa çevrilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və hazırlanmaqda olan II Dövlət Proqramı bu məqsədə xidmət edir. Hazırda bu bölgədə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, tikinti, səhiyyə, təhsil və digər sahələrdə çalışan 50 mindən çox insan yaşayır. Nəhayət, deputat 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərinin suverenliyimizin tam bərpasının və dayanıqlı sülhün təmin edilməsinin davamı olduğunu vurğuladı. Azərbaycan xalqı əmindir ki, bu zəfərlər davamlı olacaq. (215 words)
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Prezident Arif Rəhimzadə ilə bağlı sərəncam verdi
Son Xeberler
Vətən müharibəsi tarixdə həm də vətənpərvərliyin,...
Azəri Xəbər

Azərbaycan güləşçisi Avropa çempionu oldu
Bugun.az
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatınd...
Azəri Xəbər

“ Festival Azərbaycan cəmiyyətində əsrlərdir forma...
Bugun.az

Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın m...
Azəri Xəbər



