
Azərbaycanın iki güləşçisi Dünya Seriyasının qalibi olub

Azərbaycan çimərlik güləşində böyük bir uğura imza atdı. Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının yekun mərhələsindən sonra iki təmsilçimiz dünya çempionu elan edildi. Bu, bir mövsümdə iki güləşçimizin böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanması tarixi bir hadisədir.
80 kq çəki dərəcəsində Vüsal Əliyev, 90 kq çəki dərəcəsində isə İbrahim Yusubov mövsüm ərzində topladıqları xallar sayəsində Dünya Seriyasının qalibi oldular. Əliyev bu il çimərlik güləşində debüt etməsinə baxmayaraq, yüksək nəticə göstərdi. İbrahim Yusubov isə bu qələbə ilə dördüncü dəfə dünya çempionu ünvanına sahib çıxdı. Güləşçilərimiz baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında yarışda iştirak ediblər.
80 kq çəkidə Sahib Dadaşov və Vüsal Əliyevin yolu yarımfinalda kəsişdi. Hər iki güləşçi qrup mərhələsində mübarizəyə uğurla başladılar. Sahib Dadaşov (80 kq) misirli Adham Abdelzaherə 4:1 hesabı ilə qalib gəldi. A qrupunda o, Ramaz Zoidzeni və Vasile Diakonu sonuncu xal prinsipi ilə üstələyərək qrup lideri oldu. B qrupunda Vüsal Əliyev ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabı ilə məğlub olsa da, fransalı Huqo Kueno üzərində texniki qələbə qazandı və yunanıstanlı Xristos Xristoforidisi 4:0 hesabı ilə məğlub etdi. Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala çıxdı.
Yarımfinalda Vüsal Sahibi 3:2 hesabı ilə məğlub edərək finala çıxdı. Dadaşov daha sonra Zoidzeyə 4:2 hesabı ilə qalib gələrək bürünc medal qazandı. Əliyev finalda Mixaylova 2:3 hesabı ilə uduzsa da, gümüş medalla yarışı başa vurdu. Lakin, mövsüm boyu göstərdiyi performans onu 80 kq üzrə Dünya Seriyasının qalibi etdi.
90 kq çəkidə İbrahim Yusubov yarış boyu öz gücünü göstərdi. O, A qrupunda amerikalı Yakob Bumqardnerə (3:0), yunanıstanlı Mixail Akritidisə (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəldi. Qrup lideri kimi yarımfinala çıxan Yusubov burada amerikalı Cabari Ayronsu 4:1 hesabı ilə məğlub etdi. Finalda təcrübəli güləşçi ukraynalı Oleksey Yakovçuka qarşı gərgin mübarizədə 2:1 hesabı ilə qələbə qazanaraq çempion oldu. Dünya Seriyasının bütün beş mərhələsində güləşçilərin topladığı xallar hesablandıqdan sonra Vüsal Əliyev 80 kq, İbrahim Yusubov isə 90 kq çəki dərəcəsində dünya çempionu elan edildi. Azərbaycan güləşi bu böyük nailiyyətlə mövsümü başa vurdu.
Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu
Bugun.az

Azərbaycanın 6 güləşçisi Avropa çempionatının fina...
Bugun.az

Klublararası dünya çempionatının qalibi bəlli olur
Bugun.az

Azərbaycanın millisi dünya çempionu oldu
Bugun.az

Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
Bugun.az

Qurban Qurbanov Avropa çempionu oldu
Bugun.az