Azərbaycanlı atıcıdan yeni dünya rekordu

08.11.2025 15:05 8 baxış sayı 2 dəq. oxuma Trend
Azərbaycanlı atıcıdan yeni dünya rekordu

Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında mühüm uğura imza atıb. O, gərgin keçən yarışların yekununda gümüş medal qazanıb. Bu nailiyyət Azərbaycan idmanı üçün böyük əhəmiyyət daşıyır.


Milli komandanın üzvü Nəsirovanın qazandığı uğuru xüsusilə maraqlı edən onun göstərdiyi nəticədir. 50 metr məsafəyə tapançadan atəş açma yarışında Nigar Nəsirova cəmi 550 xal toplayıb. Məhz bu göstəricisinə görə, azərbaycanlı atıcı yeni dünya rekordu müəyyənləşdirmiş oldu.


Qeyd etmək lazımdır ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun yarışı eyni nəticə ilə bitiriblər. Hər iki idmançı 550 xal toplasa da, qalib mərkəzi vuruşların sayına görə müəyyənləşdi. Y. Qianxun 8x nəticə göstərərək qızıl medalı alıb, Nigar isə 7x nəticə ilə yarışı gümüş medalla başa vurub.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: