
Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb

Yeniyetmə azərbaycanlı pilot Davin Cəfərov böyük avtomobil yarışı komandalarının diqqət mərkəzindədir. Pilot Portuqaliyada mövsümün bağlanış yarışında göstərdiyi uğurlu nəticələrə görə bir neçə ciddi təklif alıb. Bunların arasında "McLaren GT4" və "Formula 4" komandaları da var.
Davin Cəfərov Portuqaliyanın Bombarral beynəlxalq trekində keçirilən bu yarışa EK125 kateqoriyasında lider kimi başlamışdı. Kartinq üzrə keçirilən yarışın yarımfinalında mühərrikin sıradan çıxması səbəbindən finişə çata bilmədi. Buna baxmayaraq, o, finalda ikinci yeri tutmağı bacardı. Yarışın sonunda keçirilən mükafatlandırma mərasimində gənc idmançı Portuqaliyada EK125 kateqoriyasının ən sürətli pilotu kubokunu qazandı.
Cəfərovun uğurları beynəlxalq arenada böyük səs salıb. O, bundan əvvəl İtaliyada təşkil edilən Dünya Kubokunda yadda qalan çıxış etmişdi. Pilot rekord sayda - 24 ötmə edərək, əvvəlki 12 ötmə rekordunu qırdı, eyni zamanda bir neçə dəfə ən sürətli dövrəni müəyyənləşdirdi. Azərbaycanlı təmsilçinin bu cür parlaq çıxışı Portuqaliyada "McLaren GT4" rəhbərliyinin də diqqətini çəkdi. Nəticədə, D. Cəfərov Eştoril şəhərindəki məşhur "Autódromo Fernanda Pires da Silva" trekində keçiriləcək sınaq yürüşlərinə dəvət aldı.
Gələcəkdə dünya səviyyəli yarışlarda uğur qazanmaq ehtimalı "Renault" komandasının da marağına səbəb oldu. Komanda nümayəndələri 16 yaşlı yeniyetmə pilotu "Formula 4" testlərinə dəvət etdi. Bu, Davin Cəfərovun aldığı ilk ciddi təklif deyil, çünki o, daha əvvəl "Formula 4 Aston Martin junior development" komandasından da təklif almışdı. Hazırda yeniyetmə pilotun qarşısında karyerası üçün böyük imkanlar açılıb, o, dekabr ayının sonuna qədər hansı komandaya qoşulacağı barədə qərar verməlidir.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakıda iki pilot cəzalandırıldı
Bugun.az

"Formula 1": Ferstappen ABŞ Qran-prisində sprintdə...
Azəri Xəbər

Norris "Formula 1" üzrə Braziliya Qran-prisinin qa...
Azəri Xəbər

Lyuis Hemilton karyerasının ən aşağı nəticəsini gö...
Azəri Xəbər

"Formula 1" üzrə Qətər Qran-prisində təsnifat mərh...
Azəri Xəbər

Bakıdakı “Formula 1” yarışının vaxtı açıqlandı
İdman Xəbər



