
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakının Sabunçu rayonunda avtomobildən oğurluq hadisəsi qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Hadisə zərərçəkən şəxsin polisə müraciəti ilə ortaya çıxıb. Zərərçəkən bildirib ki, “Changan” markalı avtomobilindən naməlum şəxs tərəfindən pul vəsaiti talanıb.
Qeyd edilən fakta əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsi əməkdaşları dərhal tədbirlərə başlayıblar. Aparılan araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. 45 yaşlı R.Zeylanov saxlanılıb. Hazırda faktla bağlı müvafiq araşdırma işləri davam etdirilir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda maşından oğurluq edildi
Bugun.az

Bakıda avtomobildən 6500 manat oğurlanıb
Azəri Xəbər
Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanılı...
Azəri Xəbər

Market və təmir sexindən oğurluq edən şəxslər saxl...
Azəri Xəbər

Oğurladığı mopedi 485 manata satan şəxs saxlanılıb
Azəri Xəbər
Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğur...
Azəri Xəbər



