
Bakıda yanğın zamanı xəsarət alanların vəziyyəti məlum oldu

Bu gün saat 20:30 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tərəfindən məlumat verilib.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadasının göstərdiyi ilkin tibbi xidmətdən sonra iki nəfər (kişi cinsli) bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.
*** Yenilənmə: 22:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN rəsmi məlumat yayaraq bildirib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən edilib ki, fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayış baş verib. Alovun sürətlə genişlənərək yaxınlıqdakı tikililərə keçmə riski yüksək olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas edilib, eyni zamanda yanğının qonşu evlərə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kv.m sahədə yanıb. Hadisə zamanı ümumilikdə 2 nəfər şəxs xəsarət alıb.
Evin qalan hissəsi və qonşu evlər alovdan mühafizə edilib.
Etiketlər
Oxşar xəbərlər

Bakıda yataqxanada yanğın oldu
Bugun.az

Aviaqəzada xəsarət alanların son vəziyyəti açıqlan...
Bugun.az

Kerala Məbədində Atəşfəşanlıq Faciəsi: 150-dən Çox...
Bugun.az

Bakıda yanğın oldu, ölən var
Bugun.az

Bakıda iş adamının evində yanğın oldu
Son Xeberler

Şəmkirdəki qəzada ölənlərin adları məlum oldu
Bugun.az