
"Bank of Baku" istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" ASC bu ilin 3-cü hesabat dövrünü uğurla başa vurub.
Maliyyə hesabatlarını açıqlayan Bank bir çox maliyyə göstəriciləri üzrə artım tempinə sahibdir.
İstehlak kreditləri üzrə ilk 3-dədir!
III rübdə bankın istehlak kreditlərinin həcmi 673 milyon 232 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % artım deməkdir. Nəticədə "Bank of Baku" istehlak kreditləri üzrə ölkənin TOP 3 Bankı sırasına daxil olub.
Bankın ümumi kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 872 milyon 371 min manat təşkil edib. Bu artım bankın müştəriləri üçün təqdim etdiyi məhsulların, çevik rəqəmsal həllərin və müştəri yönümlü strategiyanın uğurlu nəticəsidir.
Eyni zamanda, "Bank of Baku"nun xalis mənfəəti də 20 % artaraq 24 milyon manat olub. Bu artım bankın maliyyə dayanıqlığını bir daha təsdiqləyir.
Cari dövrün hesabatına əsasən "Bank of Baku"nun ümumi aktivləri ötən il ilə müqayisədə 20 % artaraq 1,117 milyard manat, kapitalı isə 8 % artımla 168,9 milyon manat təşkil edib.
Bu nəticələr göstərir ki, Bank bazar payını qoruyur. O, dayanıqlı inkişaf, maliyyə sabitliyi, müştəri məmnuniyyəti və eyni zamanda rəqəmsal yeniliklər istiqamətində fəaliyyətini gücləndirərək davam edir.
"Bank of Baku" 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə fərqli bankçılıq xidmətləri təqdim edir.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Əhalinin borcları artır -Mərkəzi Bank açıqladı
Bugun.az

Əhalinin banklara nə qədər kredit borcu var?
Bugun.az

Hərbçilərin və müharibədən zərər çəkənlərin kredit...
Son Xeberler

Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az

Azərbaycanda şəhid ailələrinin kredit borcları ilə...
Son Xeberler

Azərbaycanda krediti olanların borcları olanların...
Son Xeberler