
“Barselona” təmirdən sonra "Kamp Nou"da ilk oyununa çıxacaq
"Barselona" İspaniya La Liqası çərçivəsində yenilənmiş ev arenasına qayıdır. Kataloniya təmsilçisi La Liqanın XIII turunda "Atletik”i yeni təmir olunmuş "Kamp Nou" stadionunda qəbul edəcək. Klub bu hadisə barədə məlumatı özünün sosial media hesabında paylaşıb.
Bu matç noyabrın 22-də baş tutacaq. Bu, "Barselona"nın 2023-cü ilin yayında başlayan təmirdən sonra "Kamp Nou"da keçirəcəyi ilk oyundur. Klub rəsmiləri bu mövsümün əvvəlində arena üçün əməliyyat lisenziyası ala bilmədikləri üçün komanda ev oyunlarını "Olympik Lyuis Kompanis" stadionunda keçirməyə məcbur qaldı.
Kataloniyalılar sonuncu dəfə bu arenada 2023-cü il mayın 28-də meydana çıxmışdılar. Həmin gün İspaniya çempionatının XXXVII turuna təsadüf edən matçda rəqib "Malyorka" idi və "Barselona" 3:0 hesabı ilə qələbə qazanmışdı. Hazırda kataloniyalılar turnir cədvəlində yaxşı yerdədir; 12 oyundan sonra 28 xalla ikinci pillədədirlər. Komandanı lider "Real Madrid"dən cəmi 3 xal ayırır.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Barselona” iki illik fasilədən sonra Kamp Nouya q...
Azəri Xəbər

"Barselona" "Kamp Nou"ya qayıdacaq
Azəri Xəbər

"Barselona" "Kamp Nou"da Messinin abidəsinin qoyul...
Azəri Xəbər

Messi icarə ilə "Barselona"ya qayıdır?
Bugun.az

Messi "Kamp Nou"da öz heykəlinin ucaldılmasına lay...
Azəri Xəbər

“Qarabağ” Liqa mərhələsində ilk oyununa çıxacaq
Bugun.az



