Baş prokuror: Azad olunmuş ərazilərdə hüquq və ədalətin qorunması müqəddəs borcdur

05.11.2025 07:03 4 baxış sayı 2 dəq. oxuma APA
Baş prokuror: Azad olunmuş ərazilərdə hüquq və ədalətin qorunması müqəddəs borcdur

Baş prokuror Kamran Əliyev Zəngilanda keçirilən mühüm tədbirdə çıxış edib. O, "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda bildirib ki, şəhidlərimizin qanı hesabına azad olunan torpaqlarda hüququn, ədalətin və sülhün müdafiəsi hər bir vətəndaşın müqəddəs borcudur. Bu məqsədin yerinə yetirilməsi üçün hər bir dövlət məmuru, xüsusilə də prokurorluq əməkdaşları öz məsuliyyətlərini dərindən anlamalıdırlar. Onlar xidməti vəzifələrini vicdanla və ləyaqətlə yerinə yetirməlidirlər.


Baş prokuror vurğulayıb ki, torpaqlar işğaldan azad edildikdən sonra, Prezident İlham Əliyevin sərəncamları əsasında yeni prokurorluq strukturları qurulub. Bu strukturlara Xankəndi şəhər, Qubadlı, Kəlbəcər və Ağdam hərbi prokurorluqları daxildir. Hazırda adı çəkilən bu prokurorluqların hər birində xidməti fəaliyyətin icrası məqsədilə lazımi şərait təmin edilib. Eyni zamanda, ştat vahidlərinin komplektləşdirilməsi işi də həyata keçirilib.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: