Belarus səhiyyə nazirinin müavini Azərbaycan Tibb Universitetinin qonağı olub

29.10.2025 10:44 9 baxış sayı 3 dəq. oxuma APA
Belarus səhiyyə nazirinin müavini Azərbaycan Tibb Universitetinin qonağı olub

Ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının səhiyyə nazirinin müavini Aleksandr Starovoytov Azərbaycan Tibb Universitetini (ATU) ziyarət etdi. ATU-nun rektoru, professor Gəray Gəraybəyli yüksək səviyyəli qonağı salamlayaraq Azərbaycanın səhiyyə sistemi haqqında danışdı. Rektor tibb təhsilində son illərdə həyata keçirilən yeniliklər və islahatlar barədə ətraflı məlumat verdi. O, xüsusilə də rezidentura təhsil pilləsi ilə bağlı vəziyyəti izah etdi.


Professor G. Gəraybəyli görüş zamanı universitetin fakültələri, tədris edilən ixtisaslar, klinik bazalar və beynəlxalq mübadilə proqramları barədə geniş məlumat təqdim etdi. Rektor həmçinin Belarusun tibb universitetləri ilə ATU arasında mövcud əməkdaşlıq müqavilələri və birgə layihələr haqqında da məlumat verdi. Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytov Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi. O, səfərinin məqsədləri barədə məlumat verərkən, rəhbərlik etdiyi qurumun fəaliyyətini, Belarusun səhiyyə sistemi və tibb təhsili strukturunu açıqladı. Qonaq ATU-nun fəaliyyəti ilə tanış oldu və universitetin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi.


Görüşdə iştirak edən Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov iki ölkə arasında dövlət səviyyəsində mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini xüsusi vurğuladı. O bildirdi ki, Azərbaycan və Belarus arasında elmi əməkdaşlıq ildən-ilə genişlənir. Bu proses səhiyyə sahəsində bilik və təcrübə mübadiləsinə mühüm töhfə verir. Görüşdə tərəflər gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi apardılar. Onlar tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi üzrə əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. Görüşdə həmçinin ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Törə Sadıqova da iştirak edirdi.


O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: