Bərdədə nənə və nəvə dəm qazından boğularaq ölüb

09.11.2025 16:03 10 baxış sayı 1 dəq. oxuma APA
Bərdədə nənə və nəvə dəm qazından boğularaq ölüb

Bərdə rayonunda faciəli hadisə baş verib. Rayonun Tumaslı kəndində nənə və nəvə dəm qazından boğularaq həyatlarını itiriblər. Bu dəhşətli hadisə nənənin nəvəsini çimizdirməsi zamanı qeydə alınıb.


Həyatını itirənlər kənd sakini Fətəliyeva Aytən Əsgər qızı və onun nəvəsi Nəcəfov Sadiq Orxan oğlu olublar. Onların hər ikisi dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib.


Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Hazırda faktla bağlı müvafiq araşdırma aparılır.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: