
Beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır

Bu gündən etibarən dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır. Səfər “Extreme Traveler International Congress” (ETIC) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə həyata keçirilir. Bu, 2021-2025-ci illər ərzində bu qəbildən olan sayca 15-ci səyahətdir.
Nümayəndə heyəti səkkiz fərqli ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan gəlib. Heyətin tərkibində MTP (“Most Traveled People”) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ vətəndaşı Çarls Veley də təmsil olunur. Heyət iki gün ərzində avtomobil yolu ilə hərəkət edəcək. Onlar Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə marşrutu tamamlamağı planlaşdırırlar.
Bu səfərlər işğaldan azad edilmiş əraziləri “black tourism” çərçivəsində tanıtmaq məqsədi daşıyır. Eyni zamanda, beynəlxalq səyahətçilərə bölgədə aparılan nəhəng quruculuq-bərpa işləri nümayiş etdirilir. Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura əvvəllər 14 dəfə səfər təşkil edilmişdi.
Azərbaycanın post-münaqişə bölgəsində unikal şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axınına səbəb olur. Viran qalmış yerlərdə qısa müddətdə böyük işlər görülüb. Artıq 6 şəhər, 2 qəsəbə və 20 kənd inşa edilib. Bu yerlərdə artıq 60 minə yaxın insan məskunlaşıb. Bu nəticələr bölgənin dirçəlişini beynəlxalq səviyyədə göstərməyə imkan verir.
Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Beynəlxalq səyyahlar Laçına səfər edib
Azəri Xəbər

İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatd...
Bugun.az

Rusiya XİN: BMT Qarabağa missiya göndərəcək
Son Xeberler

Türkiyə əsgərlərinin Qarabağa gələcəyi tarixlə bağ...
Son Xeberler

Azərbaycan Laçın dəhlizinə nəzarət etməlidir - TƏ...
Son Xeberler

Ərdoğanın Azərbaycana səfəri başa çatdı
Bugun.az