Biləcəridə ağır yol qəzası baş verib, xəsarət alanlar var (VİDEO)

04.11.2025 18:25 22 baxış sayı 1 dəq. oxuma Trend
Biləcəridə ağır yol qəzası baş verib, xəsarət alanlar var (VİDEO)

Bakının Biləcəri qəsəbəsində ağır yol qəzası qeydə alınıb. Hadisə axşam saatlarında baş verib. Belə ki, 202 saylı avtobusun sürücüsü nəqliyyat vasitəsi üzərində idarəetməni itirib və avtobus yol kənarındakı gül dükanına çırpılıb.


Qəza nəticəsində təkcə avtobus deyil, həm də ətrafdakı bir neçə avtomobilə ciddi zərər dəyib. Hadisə zamanı xəsarət alan şəxslərin olduğu bildirilir. Hadisənin miqyası nəzərə alınaraq, əraziyə çevik şəkildə polis və təcili yardım briqadaları cəlb olunub. Hazırda qəza yerində lazımi tədbirlər həyata keçirilir və xəsarət alanlara tibbi yardım göstərilir.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: