Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb

21.10.2025 18:46 7 baxış sayı 1 dəq. oxuma Report
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb

Biləsuvar rayonunda ciddi bıçaqlanma hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində, Avtovağzal ərazisində qeydə alınıb.


Bıçaqlanan şəxs rayonun Ovçubərə kənd sakini, 1980-ci il təvəllüdlü Mikayılov Rüfət Xudaşükür oğludur. Mikayılov iki bıçaq yarası alıb və vəziyyəti ilə əlaqədar dərhal rayon xəstəxanasına çatdırılıb. Zərərçəkənə tibbi yardım göstərilir.


İlkin məlumatlara görə, Rüfət Mikayılovu onun həmkəndlisi bıçaqlayıb. Hazırda hüquq-mühafizə orqanları bu faktla bağlı araşdırma aparır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: