BMT TŞ heyəti 14 il sonra Suriyaya rəsmi səfər edəcək

03.12.2025 16:25 9 baxış sayı 1 dəq. oxuma Trend
BMT TŞ heyəti 14 il sonra Suriyaya rəsmi səfər edəcək

Suriyanın Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) nümayəndələrinin paytaxt Dəməşqə rəsmi səfər edəcəyini açıqlayıb. Bu səfər ölkənin azad olmasının birinci ildönümündə, tam 14 il aradan sonra baş tutur.


BMT Təhlükəsizlik Şurası heyəti Dəməşqi dekabrın 8-də ziyarət edəcək. Bu tarix Suriya tərəfindən Milli bayram elan edilib və səfərin tarixi əhəmiyyətini daha da artırır.


Nazirliyin açıqlamasında bildirilir ki, bu ziyarət beynəlxalq ictimaiyyətin "yeni Suriya"ya verdiyi dəstəyi göstərir. Eyni zamanda, bu, ölkənin yenidən qurulması, suverenliyinin gücləndirilməsi və sabitliyin təmin edilməsi prosesinə bağlılıq nümayiş etdirir.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: