Britaniyalı rejissor Piter Uotkins vəfat edib

01.11.2025 23:35 11 baxış sayı 1 dəq. oxuma Trend
Britaniyalı rejissor Piter Uotkins vəfat edib

Məşhur britaniyalı rejissor və Oskar mükafatı laureatı Piter Uotkins 91 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı “The Guardian” qəzeti yayıb. Rejissor oktyabrın 30-da, son 25 ilini yaşadığı Fransanın Burqenuf kommunasındakı xəstəxanada vəfat edib.


Uotkins karyerasının ən böyük nailiyyətini 1967-ci ildə qazandı. O, Böyük Britaniyaya nüvə hücumu mövzusunda çəkdiyi “Müharibə Oyunu” sənədli filmi ilə “Oskar” mükafatına layiq görüldü. Bu filmin yaratdığı rezonansdan sonra rejissorun BBC ilə fikir ayrılıqları yarandı. Bu fikir ayrılıqları Uotkinsi karyerasını xaricdə davam etdirməyə məcbur etdi.


Piter Uotkins 1935-ci ildə İngiltərənin Norbiton şəhərində anadan olub. O, orduda xidmət etdikdən sonra Kral Dram Sənəti Akademiyasında təhsil aldı. Rejissor yaradıcılığı ərzində fərqli üslublarda 17 filmin rejissoru oldu.


K
Mədəniyyət redaktoru

Mədəniyyət və incəsənət haqqında yazıram. Teatr, kino, sərgilər - bunlar mənim dünyamdır. Bəzən yazmaqdan əvvəl tamaşaya gedirəm və bu həmişə ilham ve...

Bütün məqalələrə baxın
Paylaş: