Bu gün Azərbaycan və Qazaxıstan regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığın qarantı kimi çıxış edirlər - Deputat

22.10.2025 14:15 6 baxış sayı 3 dəq. oxuma Trend
Bu gün Azərbaycan və Qazaxıstan regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığın qarantı kimi çıxış edirlər - Deputat

Milli Məclisin deputatı Soltan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinin böyük strateji əhəmiyyətini açıqlayıb. Deputatın sözlərinə görə, səfər yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsi kontekstində deyil, eyni zamanda regionda nəqliyyat-logistika, enerji təhlükəsizliyi, Türk dünyasının birliyi və Avrasiya inteqrasiyası baxımından da vacibdir. O bildirib ki, bu əlaqələrin təməli iki ölkə xalqlarının əsrlər sınağından çıxmış ortaq tarixi, mədəni və mənəvi dəyərləri üzərində qurulub.


Azərbaycan və Qazaxıstan liderlərinin apardığı uğurlu siyasət nəticəsində ölkələr arasındakı münasibətlər son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan çoxsaylı sazişlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha da dərinləşdirib. Soltan Məmmədov vurğulayır ki, bu gün Azərbaycan və Qazaxıstan regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığın qarantı kimi çıxış edirlər.


Deputat qeyd edib ki, Xəzər dənizi ətrafında formalaşan yeni nəqliyyat və logistika dəhlizləri, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu iki ölkənin qarşılıqlı maraqlarını birləşdirir. Bu, həm regionun, həm də Avrasiya məkanının iqtisadi xəritəsini yenidən formalaşdırır. İki ölkə neft-qaz və energetika sahəsində əlaqələri gücləndirərək, Avrasiya enerji bazarında daha geniş təsir imkanları qazana bilər. Onlar alternativ marşrutların yaradılmasında aparıcı rol oynamaq iqtidarındadırlar.


Səfər çərçivəsində imzalanan sənədlər əməkdaşlığın yalnız ənənəvi sahələrdə deyil, rəqəmsal iqtisadiyyat, innovasiya və sənaye sahələrində də inkişaf etdirilməsi niyyətini göstərir. Bu, əlaqələrin məzmununa yeni detallar əlavə edir. Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın şaxələndirilməsi iki ölkənin təkcə regional deyil, qlobal səviyyədə də mövqelərini möhkəmləndirir. Eyni zamanda, bu sıx əməkdaşlıq qlobal güclərin ciddi maraq göstərdiyi coğrafiyada yerləşən hər iki dövlətin müstəqil siyasət yürütmək imkanlarını daha da artırır.


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: