
DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdə bu gün İslandiya ilə üz-üzə gələcək
Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa bu gün çıxır. Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.
Bu vacib qarşılaşma 8-ci km qəsəbə stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da başlayacaq. Görüşün idarə edilməsi monteneqrolu FIFA referisi Nikola Dabanoviçə həvalə edilib.
D qrupunun digər matçı da bu gün baş tutacaq. Həmin oyunda Fransa millisi Ukraynanı öz meydanında qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Hazırda qrup cədvəlində dörd oyundan sonra Fransa 10 xalla liderdir. Ukraynanın 7, İslandiyanın 4 xalı var. Azərbaycan millisi isə toplaya bildiyi 1 xalla qrupun sonuncu pilləsində yerləşir.
Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ayxan Abbasov İslandiya ilə matçdan danışdı
Bugun.az

Azərbaycanın basketbol millisi Avropa çempionatını...
Azəri Xəbər

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətində...
Azəri Xəbər
Azərbaycan millisi ilə oyundan əvvəl Fransa yığmas...
Azəri Xəbər

Azərbaycan-İslandiya oyununun hakimləri açıqlandı
Bugun.az

DÇ-2026: Azərbaycan - İslandiya oyununun hakimləri...
Azəri Xəbər



