
Deputat: 20 oktyabr Zəngilan əhalisi üçün tarixə ümid və qürur günü kimi yazılıb

2020-ci ilin 20 oktyabr tarixi Zəngilan əhalisi üçün ümid və qürur günü kimi tarixə yazılıb. Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu barədə danışıb.
Deputat bildirib ki, bu xoş günlər xalqla dövlətin birliyinin, səbir və iradənin təntənəsidir. Zəngilan məcazi mənada Zəngəzura giriş qapısı hesab olunur. Bu rayon coğrafi cəhətdən çox əhəmiyyətli bir strateji ərazidir. Zəngilanın logistik əhəmiyyəti xüsusilə nəzərə alınır. Məsələn, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi olan TRİPP yolundan keçəcək dəmiryolu xətti məhz Zəngilandan keçəcək. Bu layihə rayonun nəqliyyat infrastrukturuna əhəmiyyətli töhfələr verəcək.
P. Vəliyeva Zəngilanda bərpa-quruculuq işlərinin sürətlə davam etdiyini qeyd edib. İlk pilot layihə kimi, Ağalı kəndində 200 evdən ibarət yeni kənd salınıb. Ağalı kəndi "ağıllı kənd" konsepsiyasının ilk tətbiqidir və dünyanın ən müasir kəndlərindən biri sayılır. Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Rayonun böyük günəş enerjisi potensialı bu məqsədə xidmət edir. "Ağıllı kənd" layihələri kənd təsərrüfatının inkişafı, ekoloji tarazlığın qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə atılan mühüm addımlar arasındadır.
Milli Məclisin üzvü bildirib ki, Zəngilan şəhərində və kəndlərində əsas infrastrukturlar- elektrik, su, qaz və rabitə sıfırdan qurulmağa başlanıb. Yeni avtomobil yolları, körpülər və dəmir yolu xətləri inşa edilir. Horadiz-Zəngilan dəmir yolu xətti layihəsi xüsusi əhəmiyyət daşıyır və hazırda həyata keçirilir. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci ilin oktyabrında istifadəyə verildi. Bu hava limanının açılışı regionun inkişafı və logistik əhəmiyyəti baxımından çox vacib bir addım oldu. P. Vəliyeva sonda qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin 6 974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ərdoğan Azərbaycanı belə təbrik etdi
Bugun.az

Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü m...
Azəri Xəbər

İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin...
Azəri Xəbər

Umico-da sürücü namizədlər üçün "Açıq Qapı" günü k...
Edumap.az Təhsil Portalı

Ermənilər azərbaycanlı meyitlərə GÖRÜN NƏ ETDİ - V...
Son Xeberler

Türkiyə PA: Can Azərbaycanın yanında olmaqdan qüru...
Azəri Xəbər