
DİN radar qurğularına yaxınlaşdıqda sürəti azaldan sürücülərə çağırış edib - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti qaydalarını pozan sürücülərə, xüsusilə də radar qurğusuna yaxınlaşanda sürəti azaldan şəxslərə ciddi çağırış edib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, baş verən yol qəzalarında sürət həddinin aşılması əsas səbəbdir. Bəzi sürücülər radar qurğularına yaxınlaşdıqda sürəti endirir, lakin cihazı keçəndən sonra dərhal yenidən artırırlar. Bu cür məsuliyyətsiz davranışlar insan həyatı üçün böyük təhlükə yaradır.
Nazirlik radarları sadəcə cərimə vasitəsi kimi yox, təhlükəsizlik aləti kimi görməyi tövsiyə edir. Bildirilib ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir. Sükan arxasında verilən hər qərar yalnız sürücünün öz taleyinə deyil, eyni zamanda ətrafdakı sərnişinlərin və digər hərəkət iştirakçılarının da həyatına təsir edir.
Hər kəs anlamalıdır ki, sürət nə qədər yüksək olarsa, hər hansı bir səhvin və ya ehtiyatsızlığın miqyası bir o qədər ağır olur. DİN bildirir ki, yollarda yerləşdirilən radarlar sürücülərə "dayan, düşün, təhlükəsiz get" mesajını vermək üçün oradadır. Nazirlik bütün sürücüləri sürət həddinə daimi əməl etməyə və yalnız cərimədən qaçmaq üçün deyil, ümumi təhlükəsizlik naminə məsuliyyətli davranmağa çağırır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

DİN yol hərəkəti qaydalarına riayət edilməsi ilə b...
Azəri Xəbər

Radar sürücünü təhlükədən çəkindirən vasitədir — D...
Azəri Xəbər

DYP sürücülərə müraciət etdi
Bugun.az

Polis piyadaların hərəkətinə çətinlik yaradan sürü...
Cinayət Xəbərləri

Dumanlı Hava Şəraiti Sürücülərə Diqqətli Olmağı Xa...
Bugun.az

“WhatsApp”da videolarla bağlı yenilik - 3 seçim tə...
Bugun.az