
Dohada İkinci Dünya Sammitində iştirak edən ölkələr Ümumdünya Şəhərsalma Forumuna dəvət olunub
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammitində iştirak edən bütün ölkələri Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumuna dəvət edib. Bu sammit çərçivəsində təşkil edilən "Sosial inkişafın əsası kimi əlverişli mənzil" sessiyasında çıxış edən Komitə sədri, mənzil siyasətinin sosial rifah və inkliziv inkişaf üçün əsas dayaqlardan biri olduğunu bildirib.
Anar Quliyev qeyd edib ki, Azərbaycanın milli mənzil siyasəti mənzili sosial sabitliyin və inklüziv inkişafın əsas dayağı kimi qəbul edir. Azərbaycan dövlətinin mənzil strategiyasının ən önəmli istiqamətlərindən biri, Qarabağ və Şərqi Zəngəzurda köçkünlərin mərhələli məskunlaşdırılmasıdır. Bu siyasət eyni zamanda dayanıqlı və yaşanılabilən şəhərlərin qurulması məqsədinə xidmət edir.
O, həmçinin Azərbaycanın beynəlxalq səviyyədəki fəaliyyətinə toxunub. Azərbaycan BMT-nin Məskunlaşma Assambleyasının "Hər kəs üçün Münasib Mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilib. Ölkə bu təşəbbüs çərçivəsində ədalətli və davamlı mənzil siyasətinin təşviqinə fəal töhfə verməyə davam edəcək. Bu istiqamətdə müzakirələri davam etdirmək üçün 2026-cı ilin 17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumu keçiriləcək. A. Quliyev, bütün tərəfdaşları və ölkələri "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək bu beynəlxalq tədbirdə iştirak etməyə dəvət edib.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Qətərin paytaxtı Dohada BMT-nin İkinci Dünya Sosia...
Azəri Xəbər

Ərdoğan İrəvana dəvət olunub - Paşinyan
Azəri Xəbər

Bakı böyük tədbirə ev sahibliyi edəcək - Bu tarixd...
Bugun.az

Azərbaycan GFTN-Tbilisi Maliyyə Sammitində iştirak...
Azəri Xəbər

Paşinyan MDB-nin sammitində iştirak etməyəcək
Bugun.az

Türkiyə Nazirləri Qətərdə 2-ci Dünya Sosial İnkişa...
Son Xeberler



