
Dövlət Komitəsində növbəti vətəndaş qəbulu

Oktyabrın 14-ü tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə vətəndaşları qəbul edib.
Bu haqda məlumat Dövlət Komitəsinin Mətbuat xidməti tərəfindən yayılıb.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib və qaldırılan məsələlərin müvafiq qaydada araşdırılaraq qanunvericiliyə uyğun şəkildə həll olunacağı bildirilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqlar ardıcıl olaraq həyata keçirilir. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri əsasında müvafiq tədbirlərin görüldüyü xüsusi qeyd edilib.
Komitə sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərinə paralel olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə məskunlaşan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi təmin olunur. Vətəndaş müraciətləri əsasən Böyük Qayıdış, köçürülmə prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti yaşayış yerlərində məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status məsələləri, vahid aylıq müavinət və digər sosial problemləri əhatə edib.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
ADSEA sədrinin vətəndaşlarla görüşünün tarixi dəyi...
Azəri Xəbər

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? -Özəl...
Bugun.az

Dövlət Komitəsinin Aparat rəhbəri vəfat edib
Azəri Xəbər
Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş m...
Azəri Xəbər
"Qaçqınkom"da növbəti vətəndaş qəbulu keçirilib
Azəri Xəbər

Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başa çatdı
Son Xeberler



