
Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CİFFT) 37-ci yekun mərasimi Portuqaliyanın Gimarayeş şəhərində keçirilib. Dekabrın 4-5-də baş tutan tədbirdə Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırıldı. Bu mühüm beynəlxalq hadisə CIFFT və Gimarayeş Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutdu; Porto və Portuqaliyanın Şimalı Turizm Təşkilatı da tədbirə dəstək göstərdi. Mərasimdə ən yaxşı dünya turizm filmlərinin (World Tourism Film Award 2025) qalibləri fəxri adlara layiq görüldülər.
CIFFT-in direktoru Alexander V. Kammel mükafatlandırma mərasimində çıxış edərək qalibləri təbrik etdi. O qeyd etdi ki, bu il müsabiqəyə 50-dən çox ölkədən 4,000-dən artıq video müraciət etmişdi. Kammel Gimarayeş şəhərinin "Portuqaliyanın beşiyi" sayıldığını vurğuladı və şəhərin ən yaxşı turizm hekayələrini danışdığını bildirdi. O əlavə etdi ki, Şimali Portuqaliya zəngin irsi, mədəni müxtəlifliyi və yeni ideyalar yaratmaq qabiliyyəti ilə tanınır. Buna görə də dünyanın ən yaxşı turizm filmləri istehsallarını qeyd etmək üçün ən uyğun məkan məhz Portuqaliyanın doğulduğu yerdə tapıldı. Mükafat qazanan peşəkarlar və təşkilatlar öz nailiyyətlərinə görə qiymətləndirildilər. Turizm filmləri yaradıcılıq, istedad və dayanıqlılıq xüsusiyyətlərinə görə dəyərləndirilib.
Gimarayeş şəhərinin meri Ricardo Araujo mərasimin məhz Guimarayeşdə keçirilməsinin bələdiyyə üçün böyük bir uğur olduğunu bildirdi. O qeyd etdi ki, şəhərdə ilk dəfə keçirilən bu beynəlxalq tədbir həm mədəni, həm iqtisadi, həm də strateji bir imkandır. Gimarayeş UNESCO-nun İrsi siyahısında yer alır və 2026-cı ildə "Avropanın Yaşıl Paytaxtı" olmağa hazırlaşır. Mer hazırda Gimarayeşin ölkənin şimalında ən çox səyahət edilən şəhərlərdən biri olduğunu vurğuladı. Porto və Portuqaliyanın Şimalı Turizm Təşkilatının prezidenti Pedro Luis Martin isə tədbirin şimaldakı bütün turizm əlaqələrini möhkəmləndirdiyini qeyd etdi.
Filmlər beş əsas kateqoriya üzrə mükafatlandırıldı. Bunlara şəhər, region, ölkə tanıtımı, turizm məhsulları və turizm xidmətləri aid idi. Mükafatçılar arasında bir çox ölkənin, o cümlədən İsveçrə, Almaniya, Sloveniya, Fransa, Polşa, Avstriya, Yaponiya, Monteneqro, İsveç, İspaniya, Portuqaliya, Bosniya və Hersoqovina, Xorvatiya və Kolumbiyanın təmsilçiləri var idi. Bundan əlavə, iki xüsusi mükafat - BMT Turizminin iştirakı ilə hazırlanan "Turizm Mətbuatı Mükafatı" və "GreenWorking Awards" mükafatları da sahiblərinə çatdırıldı. Təşkilatın direktoru CIFFT-in 38-ci buraxılışının 2026-cı ildə Mərakeşdə keçiriləcəyini açıqladı. "Global Media Group"a daxil olan "Kaspi" qəzetinin əməkdaşı Təranə Məhərrəmova festivalın Münsiflər Heyətinin üzvü kimi mərasimdə iştirak etdi.
Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Məktəblilərarası Milli Hakaton-2025 müsabiqəsinin...
Azəri Xəbər

Ekspert: Ağbulaq və Batabat bölgələri Naxçıvanın t...
Azəri Xəbər

SAF 2025-in qalibləri mükafatlandırılıb
Azəri Xəbər

Azərbaycan İtaliyada turizm sərgisində təmsil olun...
Azəri Xəbər

Bakıda ilk dəfə "China Visitors Summit" keçirilir
Azəri Xəbər
Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsinə dai...
Azəri Xəbər



