Əkrəm İmamoğlu işi üzrə 402 şübhəli haqqında ittiham irəli sürülüb

11.11.2025 12:06 10 baxış sayı 1 dəq. oxuma Report
Əkrəm İmamoğlu işi üzrə 402 şübhəli haqqında ittiham irəli sürülüb

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunun cinayət işi ilə əlaqədar 402 şübhəli şəxs barəsində ittiham irəli sürülüb. İstintaq prosesi "İmamoğlu mənfəət məqsədli cinayət təşkilatı"na qarşı aparılıb. Bu istintaq nəticəsində İstanbul Baş Prokurorluğu tərəfindən ittiham aktı hazırlanıb.


Həmin aktda ümumilikdə 402 şübhəli yer alır. Həmin şəxslərdən 105 nəfəri hal-hazırda həbsdə saxlanılır. İstanbul Ağır Cəza Məhkəməsində qaldırılan iddiada 143 fərqli hərəkət qeyd olunur. İttiham olunanlar arasında 99 nəfər təşkilat üzvü kimi göstərilib. Əkrəm İmamoğlu isə təşkilatın qurucusu və lideri kimi təqdim edilib.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: