Emin Əmrullayev Mərkəzi Asiya Universitetinin rəhbər heyəti və QS prezidenti ilə görüşüb

25.11.2025 14:13 8 baxış sayı 1 dəq. oxuma APA
Emin Əmrullayev Mərkəzi Asiya Universitetinin rəhbər heyəti və QS prezidenti ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfəri çərçivəsində görüşlər keçirib. Nazir Mərkəzi Asiya Universitetini ziyarət etdi. O, universitetin rəhbər heyəti və Himayəçilər Şurasının sədri Abducabar Abduvaxitov ilə bir araya gəldi. Görüşdə həmçinin universitetin maddi-texniki bazası ilə tanışlıq həyata keçirildi.


Səfər çərçivəsində Emin Əmrullayev “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təsisçisi və prezidenti Nuntsio Kvakvarelli ilə də görüş keçirib. Bu görüşdə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu. Tərəflər ali təhsilin inkişafı barədə fikir mübadiləsi apardılar.


C
Rəqəmsal təhsil müxbiri

Rəqəmsal təhsil və onlayn öyrənmə platformaları haqqında yazıram. Pandemiyadan sonra bu sahə daha da inkişaf edib.

Bütün məqalələrə baxın
Paylaş: