
Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır - Qərbi Azərbaycan Xronikası

“Baku TV”də “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb. Bu buraxılışda aparıcı Ellada Sarvanın qonağı "Bakı TV"nin redaktoru və kulturoloq Əbülfəz Babazadə olub. Jurnalist kimi Qərbi Azərbaycan məsələləri ilə məşğul olan Babazadə, azərbaycanlıların tarixi torpaqlara qayıdışı mövzusuna toxunub. O, çıxışı zamanı Ermənistanın azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anladığını bildirib. Kulturoloq qeyd edib ki, gələcək nəsillər kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi mütləq bilməlidirlər. Ə. Babazadə, həmçinin azərbaycanlıların əvvəlki deportasiya dövrlərini xatırladıb, 1948-1953-cü illərdəki və 1988-1991-ci illərdəki hadisələrdən bəhs edib.
Əbülfəz Babazadənin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur mövzuları başa çatdıqdan sonra Qərbi Azərbaycan məsələsi dövlətin əsas gündəliyinə çevrilib. O, Qərbi Azərbaycan mövzusunun Vətənin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. Babazadə bu mövzu ilə bağlı 1 400 əsərin yazıldığını da diqqətə çatdırıb. O, "Böyük Qayıdış" anlayışı, XXI əsrdə onun missiyası haqqında danışıb və Qərbi Azərbaycan mövzusunu mətbuatda işıqlandırmanın vacibliyini qeyd edib. Kulturoloq həmçinin bildirib ki, Qərbi Azərbaycan icması beynəlxalq hüququn subyektidir və bu, onların hüquqi statusunu təsdiqləyir.
“Qərbi Azərbaycan Xronikası” layihəsinin əsas hədəfləri çox genişdir. Layihənin məqsədi tarixi torpaqlarımızın adını yaşatmaq, onları tanıtmaq və azərbaycanlıların ermənilər tərəfindən məruz qaldığı deportasiya faktlarını cəmiyyətə çatdırmaqdır. Bu layihə həmin ərazilərdə mövcud olmuş, lakin adları silinən toponimləri də üzə çıxarır. Eyni zamanda saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri aşkar edilir. Buraya qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar daxildir. Layihə bütün bu faktların həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiqlədiyini və bu sübutların dünya ictimaiyyətinə çatdırılmasına çalışır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbay...
Azəri Xəbər

Dövlət başçısı Qərbi Azərbaycan məsələsindən danış...
Bugun.az

Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı...
Azəri Xəbər

Qərbi Azərbaycan Xronikası: "Andranik ermənilərə y...
Azəri Xəbər

XİN-dən İran səfirinin iddialarına CAVAB
Bugun.az

İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə...
Bugun.az



