
Ermənistanda müdafiə ehtiyaclarına əlavə 11 milyon dollar ayrılacaq

Ermənistan hökuməti müdafiə ehtiyacları üçün əlavə maliyyə vəsaiti ayırmaq barədə qərar verib. Noyabrın 6-da keçirilən iclasda müdafiə məqsədləri üçün 4 milyard 371 milyon dram təsdiqlənib, bu da təxminən 11 milyon dollar deməkdir. Bu qərar barədə məlumatı Ermənistan KİV-ləri yayıb.
Bu əlavə məbləğ sərhədlərin təhlükəsizliyini və toxunulmazlığını təmin etmək üçün istifadə ediləcək. Ölkənin dövlət büdcəsinin gələcək illər üçün planları da müdafiə sahəsinə yönəlib. Belə ki, 2025-ci ildə müdafiə xərcləri əvvəlki illə müqayisədə xeyli artacaq. Müdafiəyə yönələn vəsait 115 milyard dram (təxminən 300 milyon dollar) artırılaraq, ümumilikdə 660 milyard dram (1 milyard 717 milyon dollar) təşkil edəcək.
Bununla yanaşı, 2025-ci il üçün nəzərdə tutulan yüksək büdcədən sonra, növbəti ildə xərclərin azaldılması planlaşdırılır. Belə ki, 2026-cı ildə müdafiə xərclərinin 100 milyard dram azaldılması nəzərdə tutulur. Bu azalmadan sonra büdcə 560 milyard drama, yəni təxminən 1 milyard 455 milyon dollar səviyyəsinə endiriləcək.
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ermənistan müdafiə xərclərini artırdı
Xəbər Anı

Azərbaycanın ən çox investisiya qoyduğu ölkələr aç...
Bugun.az

2026-cı ildə kənd təsərrüfatına ayrılacaq vəsaitin...
Azəri Xəbər

Yannik Sinner karyerası boyu 50 milyon dollar qaza...
Azəri Xəbər

Gələn il Naxçıvana nə qədər pul ayrılacaq?
Bugun.az

Bitcoin 106 Min Dollarlıq Eniş Yaşadı: Kripto Baza...
Kripto



